Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı


Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb.

Turkustan.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidməti məlumat yayıb.

Bildirilib ki, hər iki dövlətin ekspert qruplarının işi davam edir. /axar.az/


MANŞET XƏBƏRLƏRİ