KİV: Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək


Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək.

Turkustan.az “news.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın "MediaHub" nəşrinin mənbələri məlumat əldə ediblər.

Qeyd olunub ki, Ermənistan Rusiyadan müttəfiq kimi narazı olduğunu bir daha göstərmək istəyir.

Saytın mənbəsinin məlumatına görə, Paşinyan Avrasiya İqtisadi İttifaqının yaradılmasının 10 illiyi münasibətilə təşkil olunan yubiley sammitində iştirak etmək üçün mayın 8-də Rusiyada olacaq. Paşinyan 9 May Qələbə Günü münasibətilə təşkil olunan tədbirlərdə iştirak etməyəcək. /bizim.media/


MANŞET XƏBƏRLƏRİ