Türk dünyasının coğrafiyası



Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi

Toponimlərin tarixi-xronoloji, elmi-metodoloji və tədqiqat nəticələrinin nəzəri-fəlsəfi əsasları

Yer adlarının yaranması, dayanıqlı səciyyə daşıması, coğrafi-filoloji üslubca nəsildən-nəsilə ötürülməsi və şifahi/yazılı daimi yaşam hüququ (eləcə də, beynəlxalq miqyasda) qazanması uzun bir tarixi dövrü/minillikləri əhatə edir. Ümumilikdə, ilkin yaranan yer adları şifahi olaraq qapalı əraziyə şamil edilibsə, cəmiyyətin inkişafı çoxşaxəli onomastik sistemin formalaşmasına, tarixi-coğrafi və elmi-nəzəri mahiyyət kəsb etməsinə, ilk növbədə, milli-mənəvi dəyərlərə əsaslanmasına səbəb olmuş, təbii və ictimai dəyər qazanaraq qəbilə-tayfa birliklərinin Ailə-Dil strukturlarının ifadəsi kimi qəbul edilmiş, ümumi və xüsusi qiymətləndirmə meyarları ilə qiymətləndirilib.

Etnoqrupların məskunlaşma arealı genişləndikcə onlara məxsus yer adlarının coğrafiyası da o dərəcədə artmış və tarixilik prinsipi qazanaraq milli, morfogenetik baxımdan etnotoponimlər sisteminə çevrilmiş, özlüyündə xronoloji ardıcıllıqla dəyişən tarixi dövrləri və etnosistemi ifadə etmişdir. Nəticədə, milli toponimlər yaranan səciyyəvi onomastik təlim Ailə-Dil bölümünün tarixi-inzibati ərazi sərhədlərini müəyyən edir, təbii-ərazi və coğrafi mühit mənzərəsini qiymətləndirir, fonetik-semantik struktur əsaslarının izahını müəyyən edir. Bu baxımdan “Türk dünyasının coğrafiyası”nda etimoloji məna baxımından, tarixi, coğrafi və filoloji dəyərlər aspektindən Türk-Müsəlman ailəsinə mənsubluğu ilə seçilən və Böyük Avrasiya qurusunu demək olar ki, bütünlüklə əhatə edən toponimlərin tarixi-xronoloji əsaslarına diqqət yetirmək xüsusilə vacibdir.

Tarixi mühit və yer adları özündə çoxqatlı bir sistemi birləşdirir, bununla da Türk-Müsəlman kökənli toponimlər milli, hüquqi, mədəni...dəyər qazanaraq insan cəmiyyətinin ilkin fazasında (qəbilə-tayfa İttifaqı halında) coğrafi-tarixi mühiti ifadə etməklə, iqlim, relyef, landşaft...örtüyündən asılı olamayaraq eyni, doğma, etnosoylu Ailə-Dil şəbəkəsinin/altqrumlarının yayıldığı Avrasiya materikini əhatə etmiş (burada “Köçəri mədəniyyətinin Təbəddülat məırhələləri” də xüsusi rol oynamışdır), dayanıqlı istimai-siyasi sistem halında formalaşmış, geniş coğrafi arealları müqayisə etməyə imkan verən xronolji bazanı əhatə etmişdir. Belə ki, Orta Aral/Ural hövzəsində, Baş Qurdlar diyarında Əyilgə gölü sahilində IX-X əsrlərə aid daş qəbirlərdə tapılmış Altay-Uyğur ailələrinə aid nümunələr, petroqriflər Ön Karpat dağlarında yaşamış Hunların xronoloji-genetik irsi ilə eynilik təşkil etməsi artıq elmi ictimaiyyətə məlumdur. Deməli, ortaq genetik-irs əvəzlənməsi (erkən protoTürk dövründən başlayaraq) müəyyən tarixi dövrləri əhatə etməklə yanaşı, etnosoy kökünün qorunmasına, ailə-dil strukturunun fonetik-ifadə, dialektik-qrammatik sisteminin saxlanılmasına da səbəb olmuşdur.

Toponimlərin elmi-nəzəri təhlilində yanaşma metodologiyasına (arxeoloji mədəniyyətşünaslığın tədqiqi üslubunda) uyğun olaraq müəyyən etmək mümükündür ki, qədim cəmiyyətin incəsənət mərhələsinin məzmunu ifadə edilsin. Əski Türkdilli Hun-Uyğur tayfa birliklərinin yaşadıqları Quzey Avropa ərazilərində (Skandinaviya, Qala/Kola yarımadası, Ağ dəniz....hövzəsində) qayaüstü rəsmlərin, petroqliflərin...aşkar edilməsi (Tatarstan EA-nın “Volqaboyu arxeologiyası” jurnalı, №1 (47), səh.27-46) göstərir ki, e.ə. VI-III minilliklərə aid arxeoloji tapıntılar təsviri incəsənətin və tarixi mədəniyyətşünaslığın əsasını təşkil edir. Bu nümunələr Volqaboyu arxeoloji mədəniyyət ocaqlarında tapılan qədim Türklərə məxsus silah nümunələrinin (Tatarstanda aşkar edilən qılıncın üzərində yazıda deyilir-“Bu döyüş qılıncı şöhrətli İmən Kiskə bəyə məxsusdur”) təsvirinə, eləcə də, Qobustan qayaüstü rəsmlərlə oxşardır.

Ümumilikdə, qədim Türk dünyasının Avropa qitəsindəki erkən mədəniyyət-incəsənət irsinin təməli sonrakı dövrlərin mədəniyyətşünaslığı üçün əsas olmuşdur.Və bu irs elmi-nəzəri təhlil edilməklə dünya elmi ictimaiyyət tərəfindən Türkoloji Təbəddülat mərhələrinin tarixiliyinə əsaslanan dünyəvi maddi-mədəniyyət coğrafiyası kimi qəbul edilib.

Xronoloji ardıcıllıqla Türk ailələrinin bütövlüyünə və dayanıqlılığına (geniş coğrafi ərazilər üzrə kökənli yer adlarının mənşəcə, etimoloji mənaca dəyişilməzliyinə) səbəb olan əsas amillər aşağıdakılardır:

-etnogenetik və morfogenetik mənşəcə milli və təbii kökənlik;

-coğrafi regionlar üzrə bərabər, eyni etimoloji irs ardıcıllığı ilə paylanma;

-Ailə və Dil sisteminin genişliyi ilk növbədə “Türk xalqlarının böyük köçü”nün nəticəsidir;

-yerli dialektlər, şivə və dil quruluşunun ümumi Türkdilləri kökündən rişələnməsi;

Yuxarıda qeyd edilən əsas amillərin təsiri minilliklər dövrü mərhələlərində toponimlərin stratiqrafiyası (mövcud Türk-Müsəlman yer adlarının oturuşmuş, hüquqi baxımından qəbul edilməsi) ilə nəticələnmiş, geoloji və coğrafi özəlliyi ilə qiymətləndirilib, kökənli dil-semantik strukturlarının yenilməsinə səbəb olmuş, tarixi toponimikanın təşəkkülü ilə nəticələnmişdir.

Tarixi toponimika “Türk dünyasının coğrafiyası”nda xüsusi sahəni təşkil edir, yer adlarının yaranması ilkinliyi ilə (hidronimlərin, oronimlərin yaranması dövrü) onomastikanın (oykonim-yaşayış məntəqələrinin adları) təşəkkülünədək minilliklər səhifəsini tutur, tarixi dövrün mənzərəsini cızır, ilkin yaranışı təhlil etməklə, müasir ictimai-siyasi xəritənin məzmun baxımından qiymətləndirilməsi/zənginləşdirilməsi üçün əsas yaradır, tarixi mərhələləri sistem halında özündə birləşdirir.

Türkdilli xalqlara mənsubluğu ilə seçilən böyük Avrasiya qurusunun Türk-Müsəlman mənşəli yer adlarının sistemli elmi-nəzəri təhlili məhz tarixi toponimikanın öyrənilməsini zəruri edir. Əslində müasir coğrafi adlar kataloqunda hüquqi status qazanmış toponimlərin (müəllifləri etnoslar olmuş) sistemli (növ tərkibinə görə) tədqiqi və elmi-nəzəri etimoloji təhlilinin aparılması özündə həm də tarixilik prinsipini ehtiva edir, etnoloji dəyişikliklərin assimlyasiya qanunauyğunluğunu müəyyən edir, tarixi dövrlərdə coğrafi məkanın filoloji anlamda isimləşməsini göstərir. Təhlillər göstərir ki, Türk-Müsəlman toponimlərinin tarixiliyi geniş əraziləri tutmaqla antik dövr qədimliyi də fərqlənir və səciyyəvi xüsusiyyət kəsb edir. Ona görə də minilliklər-yüzilliklər ərzində Göy Türklərin Anadolu yaylası və İkiçayarasında eyni dil-leksik və şifahi danışıq doğmalığına malik olması, və ya, Çöl/Səhra Türklərinin Batı-Quzey Avropada kökənli yurd yiyələri ilə tarixləşməsi....eyni Ailə-Dil sisteminə aid olan qəbilə-tayfa Birliklərinin assimlyasiyası ilə müşayət olunduğundan əks ziddiyyətə rast gəlinməmişdir.

Stratiqrafiya üslubunda yer adlarının kompleks tədqiqində ilk növbədə Türk-Müsəlman qövmünün tarixən məskunlaşmasının ilkin coğrafi cizgiləri cızılımaqla, kartoqrafik təsviri landşaft xüsusiyyətlərinə uyğunlaşdırlmaqla mövqe miqyasının müəyyənliyi ilə aparılır ki, ümumilikdə bu sistem Avrasiya qurusunun xeyli hissəsinə şamil edilir.

Xronoloji ardıcıllığa uyğun olaraq toponimlərin elmi-nəzəri təhlili coğrafi məkan fərqliliyindən asılı olmayaraq etimoloji tərkibcə ailə-dil yekcinsliyini də ifadə edir. Belə ki, Uzaq Doğu hüdudlarında minilliklər ərazində assosiativ dil-fonetik üsluba rəğmən yaranmış və protoTürk (Saxa/Sak-Hun-Quz..qəbilə-tayfa İttifaqına, Göy Türklərə, Bəyaz Türklərə, Çöl Türklərinə, Sarı Türklərə...məxsus) etnosoylara aid toponimlərin etimoloji mənasını təşkil edən söz kökü və şəkilçiləri əski Türk coğrafiyasına aid edilməkdə, arxaik dialektdə və ya müasir filoloji üslubda işlənilməkdədir.

Müasir siyasi-iqtisadi coğrafiyanın formalaşmasında tarixi toponimikanın xüsusi yeri olub, Türk dünyası dövlətlərinin siyasi-inzibati sərhədlərinin tarixilyi, iqtisadi-təsərrüfat sisteminin dünyəviliyi və beynəlxalq iqtisadi inteqrasiyası, bəşəri dəyərlərinin inkişafında Türk-Müsəlman xalqlarının yeri...ilə bağlı elmi-nəzəri təhlillər ilk növbədə tarixi toponimkanın (yer adlarının stratiqrafik izahı) məlumatları ilə incələnir, aydınlanır və özündə aşağıdakı metodoloji yanaşmaları ehtiva edir:

-dil semantikasına uyğun coğrafi mərhələlərin əvəzlənməsi (adaptasiya və təcrid olunma proseslərini özündə birləşdirir) qədim dövr şifahi fonetika əsasında yazılı üslübun dəyişilməsini nəzərə almaqla (substrat yazılı dialektin qatları timsalında);

-coğrafi adların “populyasiyası”nda ən qədim, qədim, yeni və ən yeni tarix mərhələrinin regional ərazilər üzrə müqayisəli təhlillərini;

-yer adlarının areallar üzrə paylanması ümumi coğrafi sərhədlərin müəyyənliyinin təmin edilməsini;

Göründüyü kimi, toponimlər sırf onomastika vahidi kimi yox, həm də qədim, dünyəvi Türk-Müsəlman xalqlarının etnoqrafik-coğrafi xəritəsinin məzmunu kimi elmi əhəmiyyət kəsb edir.

”Türk dünyası coğrafiyası”nda coğrafi adların nəzəri-fəlsəfi təhlili barədə növbəti yazılarda.


MANŞET XƏBƏRLƏRİ