BAKIDAN DÜNYAYA: birlik, dialoq və sülh mesaji



Xatirə Vəliyeva — QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü,
“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İB - in sədri

15 sentyabrda Bakıda Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının iştirakçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyəti ilə keçirilən görüş həmrəyliyin möhkəmləndirilməsi baxımından mühüm mesajlarla yadda qaldı.

Müasir dünyada fərqlilikləri qarşıdurma səbəbinə deyil, dialoq və əməkdaşlıq imkanına çevirmək priaritetdir.

Qarabağ bu gün yalnız müharibənin keçmişini deyil, sülhün, quruculuğun və yeni həyatın gələcəyini nümayiş etdirən məkandır.

Ağdamdan Xocalıya, Qarabağın digər şəhər və yaşayış məkanlarına edilən səfər dini liderlərin bu torpaqlardakı tarixi və dini irslə, bərpa-quruculuq prosesi ilə yerində tanış olmalarına imkan yaradır.

Şuşada tarixi məscidlər bərpa olunur, Zəngilan məscidi yenidən qurulur, Ağdam Cümə məscidi həyata qaytarılıb. Bu proses yalnız tikililərin yenilənməsi deyil, həm də Azərbaycanın dini-mədəni irsinin yenidən yaşadılmasıdır.

Burada daha bir mühüm məqam var: mədəni və dini irsin qorunması bütün bəşəriyyət üçün ortaq məsuliyyətdir. Tarixi abidələr yalnız bir xalqın deyil, insanlığın yaddaşının bir hissəsidir.

Bakı görüşünün mesajı — mənəviyyat insanları birləşdirən gücə çevirməlidi.

Bu gün dünyada qarşıdurmaların, dini və mədəni ayrı-seçkiliyin, dözümsüzlüyün müzakirə olunduğu bir vaxtda Azərbaycanın ev sahibliyi etdiyi belə görüşlər dialoqun, qarşılıqlı hörmətin və sülh mədəniyyətinin əhəmiyyətini bir daha gündəmə gətirir.

Bakıdan Qarabağa uzanan bu görüşlər və səfərlər bir mesajı ön plana çıxarır: Sülh yalnız siyasi sənədlərlə deyil, xalqlar arasında etimad, mənəvi yaxınlıq və qarşılıqlı hörmətlə də möhkəmlənir.

Həqiqəti görən gözlər, tarixi duyan ürəklər və ortaq dəyərlər bizi birləşdirir.


MANŞET XƏBƏRLƏRİ