İranın cənubundakı Hörmüzgan əyalətinin Qeşm adası yaxınlığında partlayış səsi eşidilib.
Turkustan.az xəbər verir ki, İranın rəsmi İRNA agentliyinin məlumatına görə, partlayış səsi Hörmüz boğazında yerləşən Qeşm adası yaxınlığında qeydə alınıb.
Səsin dənizdən gəldiyi bildirilir. Məlumata görə, adaya hər hansı raket və ya mərmi düşməyib.
Yerli hakimiyyət orqanları hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Qeyd edək ki, Qeşm adası Fars körfəzində yerləşən ən böyük adadır.
Aytən Yaşar/ Turkustan.az