Zelenski: Putinlə görüşə hazıram


Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşdən sonra Rusiya Prezidenti Vladimir Putinlə üçtərəfli görüşə hazır olduğunu açıqlayıb.

Turkustan.az xəbər verir ki, BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər edən Zelenski Trampla ikitərəfli görüşünün ardından mətbuat konfransı keçirib.

Zelenski görüş zamanı Rusiya-Ukrayna müharibəsinin mümkün qədər tez başa çatdırılmasının vacibliyini vurğulayıb: “Düşünürəm ki, hamımız mümkün qədər tez hərəkət etməliyik”.

Ukrayna lideri müharibəyə son qoymaq üçün tərəflərin bir araya gəlməsinin vacib olduğunu bildirib. O, Trampın ABŞ, Rusiya və Ukrayna liderlərinin iştirakı ilə üçtərəfli zirvə görüşünün təşkilinə çalışa biləcəyini deyib.

Zelenski belə bir görüşdə müharibə ilə bağlı əsas məsələlərin müzakirə oluna biləcəyini qeyd edib: “Mən üçtərəfli görüşə hazıram, amma düşünmürəm ki, Putin buna hazırdır. O, müharibəni bitirməyə hazır deyil”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ