Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında “Risk idarəçiliyi və anderraytinq qərarları” mövzusunda növbəti Master Klass təşkil edilib.
Master klassda risklərin idarə olunması, anderraytinq prosesində qərarların verilməsi, risk səviyyəsinə uyğun tariflərin formalaşdırılması və praktiki yanaşmalar ətraflı şəkildə müzakirə olunub.
Master klassa şirkətlərdən və ali təhsil müəssisələrindən 15 nəfər iştirakçı qatılıb.
Master klassın sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Master klass təlimçi-müəllim, anderrayter İlahə Ümidli tərəfindən həyata keçirilib.
