İranın paytaxtı Tehrandakı İmam Xomeyni hava limanı və ABŞ-İsrail hücumlarında dəfələrlə hədəfə alınan Mehrabad hava limanı yenidən açılıb.
Turkustan.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Mülki Aviasiya İdarəsi İmam Xomeyni və Mehrabad hava limanlarının bu gündən etibarən uçuşlar üçün yenidən açıldığını açıqlayıb.
Qurum aprelin 25-dən etibarən Urmiya, Kirmanşah, Abadan, Şiraz, Kirman, Rəşt, Yəzd, Zahedan, Qorqan və Bircənd hava limanlarının da fəaliyyətini bərpa edəcəyini açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az