Polşanın Baş nazir müavini və xarici işlər naziri Radosław Sikorski İsrail əsgərinin Livanın cənubunda İsa peyğəmbərin heykəlini dağıtması ilə bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki, o, ABŞ-da yerləşən “X” sosial şəbəkəsində paylaşım edərək hadisəni şərh edib.
Sikorski İsrailin xarici işlər naziri Gideon Sa'ar-ın hadisə ilə bağlı üzr istəməsini alqışlayıb və bunu “səmimi üzr istəməyə layiq bir vəziyyət” kimi qiymətləndirib.
O, həmçinin bildirib ki, həmin əsgərin cəzalandırılması vacibdir və əlavə edib: “İsrail ordusundakı əsgərlər müharibə cinayətlərini etiraf edirlər. Onlar təkcə fələstinli mülki şəxsləri deyil, hətta öz girovlarını da öldürüblər.”
Aytən Yaşar/ Turkustan.az