Çin Hörmüz boğazı ilə bağlı açıqlama verdi


Çin prezidenti Si Cinpin Hörmüz boğazının normal naviqasiya üçün açıq qalmalı olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Si Cinpin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla telefonla danışıb.

Çin prezidenti Si Cinpin bildirib ki, ABŞ-İsrail hücumları və İranın cavab tədbirləri nəticəsində Yaxın Şərqdə artan münaqişə səbəbindən gəmiçilik hərəkəti əsasən pozulmuş Hörmüz boğazı normal naviqasiya üçün açıq qalmalıdır.

Çin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Prezident Si Cinpin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla telefonla danışıb.

Si Cinpin Hörmüz boğazının açıq saxlanılmasının region ölkələrinin və beynəlxalq ictimaiyyətin ortaq maraqlarına uyğun olduğunu bildirib və beynəlxalq dəniz yolunun normal naviqasiya üçün açıq qalmalı olduğunu vurğulayıb.

Yaxın Şərq və Körfəz bölgəsindəki vəziyyətlə bağlı Si Cinpin Çinin dərhal və hərtərəfli atəşkəsin tərəfdarı olduğunu, mübahisələrin siyasi və diplomatik yollarla həllinə sadiq qaldığını və sülhün bərqərar olması üçün bütün səyləri dəstəklədiyini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ