2026-cı il 20 aprel tarixində Kəlbəcər rayonunun Nadirxanlı kəndində 1952-ci il 19 iyun tarixdə anadan olmuş Məlikova Nubar Suleyman qızı Gəncə şəhərində vəfat etmişdir.
Nubar Məlikova 1976-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu ingilis dili ixtisası üzrə bitirmiş, təyinatla Kəlbəcər rayonunun Quzeyçirkin kəndində pedaqoji fəaliyyətə başlamaış, sonra rayonun İstibulaq kəndində müəllim kimi fəaliyyətini davam etdirimiş, Kəlbəcər Rayon Maarif Şöbəsində inspektor vəzifəsində çalışmışdır.
1993-cü il 2 aprel tarixdə Kəlbəcər rayonunun Ermənistanın hərbi təcavüzü nəticəsində işğalından sonra ailəsi ilə birlikdə Gəncə şəhərində müvəqqəti məskunlaşmışdır.
Nubar Məlikova özünün nümunəvi tərbiyəsi, yüksək mədəniyyəti və savadı, ən yaxşı pedaqoq, kübar qadın kimi cəmiyyətdə böyük nüfuz və hörmət qazanmışdır.
Nubar Məlikovanın ailə üzvlərinə, yaxın qohumlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir, Allahdan səbr diləyirik.
Allah rəhmət eləsin! Ruhu şad, məkanı cənnət olsun!