Starmer etiraf etdi: Bu addım böyük səhv idi, Epşteyn qurbanlarından üzr istəyirəm


Böyük Britaniyanın Baş naziri Keir Starmer ötən il keçmiş nazir Peter Mandelsonu Vaşinqtonda səfir təyin etməklə bağlı qərarının səhv olduğunu etiraf edib.

Turkustan.az xəbər verir ki, Starmer bu təyinatın düzgün olmadığını bildirərək məsuliyyəti üzərinə götürüb və Cefri Epşteyn ilə əlaqələr fonunda zərər çəkmiş qurbanlardan üzr istəyib.

Baş nazir parlamentdə çıxışı zamanı qeyd edib ki, Mandelsonun təhlükəsizlik yoxlaması ilə bağlı mənfi rəyə baxmayaraq bu qərarın verilməsi ciddi səhv olub. Onun sözlərinə görə, belə bir təyinatın əsaslandırılması mümkün deyil.

Starmer bildirib: “Bu məsələ Peter Mandelsonun təhlükəsizlik araşdırması və təyinat prosesi ilə bağlı olsa da, mənim tərəfimdən köklü şəkildə səhv qərar verilib. Mən onu təyin etməməli idim. Bu qərara görə məsuliyyəti üzərimə götürürəm və bu addarımdan zərər çəkmiş Ceffri Epşteynin qurbanlarından bir daha üzr istəyirəm.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ