Almaniya kansleri Friedrich Merz ABŞ-ın Kuba ilə bağlı mümkün hərbi müdaxiləsi barədə yayılan iddialara münasibət bildirib.
Turkustan.az xəbər verir ki, Hannoverdə Braziliya Prezidenti Luiz Inácio Lula da Silva ilə birgə mətbuat konfransında çıxış edib.
Jurnalistin ABŞ Prezidenti Donald Trump-ın Kubaya hücum ehtimalı ilə bağlı sualına cavab verən Merz bildirib ki, belə bir müdaxilə üçün heç bir əsas yoxdur. O, Kubanın daxili siyasi sistemi ilə bağlı problemlərin mövcud olduğunu qeyd etsə də, ölkənin üçüncü tərəflər üçün təhlükə yaratdığını düşünmədiyini vurğulayıb.
Merz əlavə edib ki, mövcud münaqişələr yalnız diplomatik və dinc yollarla həll olunmalıdır və güc tətbiqi yeni qlobal böhranlara yol aça bilər. Onun sözlərinə görə, dövlətlərin müdafiə qabiliyyətini gücləndirmək vacibdir, lakin bu, digər ölkələrin daxili işlərinə müdaxilə üçün əsas vermir.
Kansler sonda bildirib ki, hazırkı şəraitdə ABŞ-ın Kubaya qarşı hərbi addım atması üçün heç bir əsaslı səbəb mövcud deyil.
Aytən Yaşar/ Turkustan.az