Şimali Koreyada yaşadıqdan sonra 2025-ci ilin dekabr ayında Cənubi Koreyaya sığınan Kim Min-junun paylaşdığı görüntülər sosial mediada geniş müzakirələrə səbəb olub.
Turkustan.az xəbər verir ki, paylaşılan videolarda infrastruktur çatışmazlığı, məhdud texnoloji imkanlar və sadə yaşayış şəraiti diqqət çəkir. Görüntülərdəki detallar bir çox istifadəçi tərəfindən ölkədəki həyatın 1970-ci illəri xatırlatdığı kimi qiymətləndirilib.
Kim Min-junun paylaşdığı materiallarda məhdud ünsiyyət imkanları, texnoloji cihazların azlığı və gündəlik həyatın əsasən ənənəvi üsullarla davam etdirildiyi əks olunur. Bu vəziyyət ölkənin xarici dünyadan nə dərəcədə təcrid olunduğu ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Sürətlə yayılan görüntülər istifadəçilər arasında böyük rezonans doğurub. Bir çoxları Şimali Koreyadakı həyat şəraitinə diqqət çəkərək müxtəlif fikirlər səsləndirib, paylaşımlar isə qısa müddətdə sosial mediada trendə çevrilib.
Aytən Yaşar/ Turkustan.az