Ermənistanın baş naziri Nikol Paşinyan ermənilərə sülh üçün ayağa qalxmaq çağırışı edib.
Turkustan.az xəbər verir ki, erməni baş nazir müharibə tərəfdarlarını siyasətdən qovmaq lazım oduğunu bildirib.
“Ermənistan xalqı sülh üçün ayağa qalxmalıdır. Onlar müharibə tərəfdarlarının “itlərini və çaqqallarını”, siyasi avaraları siyasətdən qovmalıdır”, - deyə Nikol əlavə edib.
Qeyd edək ki, Ermənistan müxalifəti Azərbaycanla sülh müqaviləsinin imzalanmasına qarşı çıxır və seçkidə qalib gələcəkləri təqdirdə Bakı-İrəvan xəttində əldə olunan razılaşmalara yenidən baxacaqlarını bəyan edirlər./publika.az