Suriya prezidenti Əhməd Şara ölkədə gedən inteqrasiya prosesi ilə bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki, o, bildirib ki, “əvvəllər dağınıq vəziyyətdə olan inqilabi qruplar birləşib. Hazırda SDF qüvvələri də inteqrasiya olunub və proses uğurla davam edir. Bu gün Suriyanın şimal-şərqində yerləşən son xarici hərbi baza elementləri də ölkəni tərk edib. Suriya dövləti ilə SDF arasında inteqrasiya səyləri davam edir”.
Prezident Türkiyə ilə münasibətlərə də toxunaraq qeyd edib ki, “Suriya-Türkiyə tərəfdaşlığı regional və qlobal təhlükəsizliyin gələcəyi üçün üzərində çox şey qurula biləcək mühüm təməldir”.
Müzakirələr zamanı Suriya-Türkiyə münasibətlərinin inkişaf trayektoriyası və strateji əməkdaşlıq imkanları, ABŞ və İsrailin İrana qarşı hücumlarının regional və qlobal təsirləri, Suriyanın strateji əhəmiyyəti, ölkənin şimal-şərqinin inteqrasiyası ilə bağlı son vəziyyət, İsrailin hücumları və Suriya ərazilərinin işğalı, Dəməşq və Təl-Əviv arasındakı münasibətlər, eləcə də Suriya-Ukrayna əlaqələri müzakirə olunub.
Aytən Yaşar/ Turkustan.az