Nyu-York meri Zöhran Mamdani ABŞ və İsrailin İrana hücumlarının dəstəklənməməli olduğunu bildirib və onların təkcə siyasi və ya mənəvi baxımdan deyil, həm də iqtisadi cəhətdən müdafiəsiz olduğunu iddia edib.
Turkustan.az xəbər verir ki, NBC News-un "Mətbuatla tanış olun" verilişində çıxış edən Mamdani ABŞ-İsrail hücumlarının İran üçün iqtisadi nəticələrinə reaksiya verib.
Mamdani bildirib ki, İrana qarşı hücumlara "təkcə siyasi və ya mənəvi baxımdan deyil, həm də iqtisadi cəhətdən" qarşı çıxmaq lazımdır.
Mamdani həmçinin hücumlara xərclənən milyardlarla dolların "ölkə daxilində işçi sinfindən olan amerikalılara" ayrıla biləcəyini qeyd edərək, "Bizim həmişə müharibə üçün pulumuz var, amma yoxsulları doyurmaq üçün yox" dedi.
ABŞ və İsrailin 28 fevralda İrana qarşı başlatdığı və 8 apreldə atəşkəslə başa çatan hücumlarının Vaşinqtona təxminən 28 milyard dollara başa gəldiyi təxmin edilir.
Aytən Yaşar/ Turkustan.az