Azərbaycan olmasa, işıqsız qalarlar


Gürcüstanda elektrik enerjisi istehlakı artmaqda davam edir.

Gürcüstan Elektrik Bazarı Operatorunun (ESCO) məlumatına görə, 2025-ci ildə Gürcüstanda elektrik enerjisi istehlakı 3,3% artaraq 14,9 milyard kVt/saata çatıb. Gürcüstan ehtiyaclarını ödəmək üçün Azərbaycandan 417,3 milyon kVt/saat elektrik enerjisi alıb.

Lakin, istehsal 2,8% azalaraq 13,8 milyard kVt/saata çatıb.

Əsas mənbələr:
Su elektrik stansiyaları (SES) — 10,9 milyard kVt/saat
İstilik elektrik stansiyaları (İES) — 2,7 milyard kVt/saat
Kartli Külək Elektrik Stansiyası (KES) — 79,4 milyon kVt/saat

İxrac 51,2% azalaraq 511,2 milyon kVt/saata düşüb. Digər tərəfdən, idxal 26,9% artaraq 1,6 milyard kVt/saata çatıb:
Rusiya – 62,4% (971,2 milyon kVt/saat)
Azərbaycan – 26,8% (417,3 milyon kVt/saat)
Ermənistan – 8,3% (128,5 milyon kVt/saat)
Türkiyə – 40,5 milyon kVt/saat

Mütəxəssislər xəbərdarlıq edirlər ki, 2030-cu ilə qədər istehlak 73% artaraq 22 milyard kVt/saata çata bilər və bu da elektrik enerjisi çatışmazlığı təhlükəsi yaradır.|modern/az


MANŞET XƏBƏRLƏRİ