Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun vəzifəsindən azad etdiyi Baş memar Rəşad Əhmədəliyevin bəzi mülklərinin siyahısı ortaya çıxıb.
Turkustan.az “Pravda.az”a istinadən xəbər verir ki, Əhmədəliyev həmin mülkləri özünün və atasının adına rəsmiləşdirib.
Siyahını təqdim edirik:
Elşad Kərəm oğlu Əhmədəliyevin adına rəsmiləşdirilənlər:
Sumqayıt şəhəri, 4-cü mikrorayon, qeyri-yaşayış sahəsi, ev 30/80 - 43,80 kvadratmetr;
Sumqayıt şəhəri, Bulvar küçəsi, qeyri-yaşayış binası, 102 - 333,70 kvadratmetr;
Sumqayıt şəhəri, 4-cü mikrorayon, qeyri-yaşayış sahəsi, ev 30/80 - 29,40 kvadratmetr;
Sumqayıt şəhəri, 6-cı mikrorayon, Zülfü Hacıyev küçəsi, qeyri-yaşayış binası, giriş 105C - 20,70 kvadratmetr;
Sumqayıt şəhəri, İsmət Qayıbov küçəsi, torpaq sahəsi, 104 - 0,06 hektar;
Rəşad Elşad oğlu Əhmədəliyevin adına rəsmiləşdirilmiş Sumqayıt şəhəri, "Samur-Abşeron" kanalının şimalı, Yeni yaşayış massivi, torpaq sahəsi, 4A-cı məhəllə - 0,0507 hektar;
Sumqayıt şəhəri, "Samur-Abşeron" kanalının şimalı, Yeni yaşayış massivi, Əli Mustafayev küçəsi 197, fərdi yaşayış evi - 86,50 kvadratmetr.
Sabiq baş memar zənglərə cavab verməyib.






