1918-ci ilin qanlı Mart soyqırımı


Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

I Yazı

Rusiya imperiyasının XIX əsrin əvvəllərində Cavad xanı ailəsi və minlərlə həmvətənləri ilə qəddarcasına məhv etdiyi bir daha anılır və o vaxtdan başlanan vəhşiliyin daha qədar şəkildə 1918-ci ildə davam etdirildiyi gözlərimizin qarşısında durur.

Bolşeviklərin 1917-ci ilin oktyabrında müvəffəq olduğu,sonralar böyük inqilab adlandırılan dövlət çevrilişindən sonra demokratiya və milli azadlıq şüarlarından məharətlə istifadə edən Lenin-yeni,daha mənhus və daha qəddar imperiya yaratmağı, rusların əsarətindən yenicə canını xilas etmiş,müstəqil dövlət yaratmağa cəhd edən xalqların,o cümlədən qafqazlıların,orta asiyalıların milli istiqlal hərəkatını hələ bələkdə ikən boğmağı qarşısına əsas məqsəd qoydu; buna nail olmaq üçün hər vasitədən istifadə edildi,yerlərə,xüsusən ucqarlara,bolşevik emissarları ezam edildi...

(...) Rus inqilabı hər bir böyük inqilab kimi öz prinsiplərinə görə universaldır,o beynəlmiləlçilik rəmzi altında baş vermişdir,lakin o həm də dərin millidir,özünün nəticələrinə görə daha çox dərəcədə milliləşməkdədir.Rus inqilabı barədə mühakimə yürütməyin çətinliyi onun məhz ikili-rus və beynəlxalq xarakter daşıması ilə müəyyən olunur. Bolşevik inqilabı yalnız Rusiyada baş verə bilərdi.Rus kommunizmi Qərbin adamlarına Asiya kommunizmi kimi təqdim olunmamalıdır. Çətin ki,bu cür bolşevik inqilabı Qərbi Avropa ölkələrində baş verəydi; əlbəttə orada hər şey başqa cür olacaq.Rus kommunist inqilabının milliliyinin özü-təmiz rus,beynəlmiləl səciyyəlidir.Mən belə düşünməyə meyl edirəm ki,hətta yəhudilərin rus kommunizmində iştirakı da Rusiya üçün və rus xalqı üçün çox səciyyəvidir.Lenin tipik rus adamı idi.Onun səciyyəvi,ifadəli üzündə nəsə rus-monqol əlamətləri vardır.Leninin xarakterində tipik rus cizgiləri vardı,həm də ziyalıların yox, rus xalqının cizgiləri: sadəlik,bütövlük,kobudluq,mübaliğəyə və ritorikaya nifrət, fikrin təcrübəliyi,əxlaqi əsasda nihilist arsızlığa meyl.O,özünün bəzi cizgilərinə görə L. Tolstoyda dahiyanə şəkildə ifadə olunmuş rus tipinə bənzəsə də, Tolstoyun daxili dünyasının mürəkkəbliyini mənimsəməmişdi.Lenin vahid bir parçadan düzəlib,o monolitdir.Leninin rolu tarixi hadisələrdə şəxsiyyətin rolunu əla nümayiş etdirir.Lenin ona görə inqilab rəhbəri oldu və özünün çoxdan hazırladığı planını həyata keçirə bildi ki, o tipik rus ziyalısı deyildi.Onda rus ziyalı-sektasının cizgiləri rus dövlətini qurub yaratmış rus adamlarının cizgiləri ilə qarışmışdı.O özündə Çernışevski, Neçayev, Tkaçev, Jelyabovun cizgilərini,böyük rus knyazlarının,böyük Pyotrun və müstəbid tipli rus dövlət xadimlərinin əlamətlərini birləşdirmişdi.Onun fizionomiyasının orjinallığı bunda idi.Lenin inqilabçı-maksimalist və dövlət adamı idi.O,özünün totalitar inqilabi dünyagörüşünün,inqilabi ideyalarının hədsiz maksimalizmini çevikliklə və mübarizə vasitələrindəki, praktik siyasətdəki opportunizmlə əlaqələndirmişdi.Yalnız bu cür adamlar uğur qazanır və qalib gəlirlər.O özündə sadəliyi,müstəqilliyi və nihilist tərki-dünyalığını hiləgərliklə,demək olar ki,məkrlə birləşdirmişdi.Lenində özünün dözə bilmədiyi inqilabi bohemadan heç nə yoxdu.Burada o, Trotski və ya menşeviklərin sol cinahının lideri Martov kimi adamların ziddinədir.Lenin-anarxist yox,imperialist idi.Onun bütün təfəkkürü imperialist,müstəbid idi.Onun dünyagörüşünün aydınlığı,məhdudluğu fikrin bir nöqtədə birləşməsi,kasıblığı və tərki-dünyalığı,iradəyə müraciət edən şüsarlarının bəsitliyi bununla bağlıdır.Leninin mədəniyyət tipi aşağı idi,çox şey ona anlaşılmaz və naməlum idi.Fikrin və mənəvi həyatın hər cür zərifliyi onu iyrəndirirdi.O,çox oxuyur,çox öyrədirdi, lakin onun biliyi,böyük əqli mədəniyyəti yoxdu.O müəyyən məqsəd üçün , mübarizə və hərəkət üçün bilik əldə etmişdi.Onun düşüncə qabiliyyəti yoxdu.O,marksizmi yaxşı bilirdi,bir sıra iqtisadi bilklərə yiyələnmişdi.Fəlsəfəni o,müstəsna dərəcədə mübarizə üçün,marksizmdə hədyan və təmayüllərlə haqq-hesabı yekunlaşdırmaq üçün oxuyurdu.

Bu nə qədər paradoksal səslənsə də, bolşevizm rus velikohakimiyyətinin, rus imperializminin üçüncü təzahühürüdür- birinci təzahür Moskva çarlığı, ikinci hadisə Pyotr imperiyası idi. Bolşevizm-güclü, mərkəzləşləşdirilmiş dövlət tərəfdarıdır.Sosial həqiqət hökmünün dövlət qüdrəti hökmü ilə birləşdirilməsi baş verdi və ikinci arzu daha güclü çıxdı.Bolşevizm yüksək səviyyəli hərbiləşdirilmiş güc kimi rus həyatına daxil oldu.Ancaq qədim rus dövlətləri həmişə hərbiləşdirilmiş olurdu.Hakimiyyət problemi əsasən Lenin və onun bütün ardıcılları olan azlığa məxsus olmuşdur.Bu, bolşevikləri bütün digər inqilabçılardan fərqləndirirdi. Onlar idarə vasitəsinə görə qədim rus dövlətinin oxşarı çox olan polis dövləti yaratdılar. Lakin hakimiyyət yaratmaq,fəhlə-kəndli kütlələrini özünə tabe etmək təkcə silah gücünə,zor işlətməklə mümkün deyildir. Bütöv doktrina, bütöv dünyagörüşü gərəkdir,möhkəmləndirici simvollar gərəkdir. Moskva çarlığında və imperiyada xalq dini etiqadların vəhdətinə arxalanırdı.Xalq kütlələri üçün yeni vahid din, bəsit simvollardan istifadə olunmalıdır.Rusca transformasiya olunmuş marksizm bunun üçün yararlı oldu.Kommunist partiyasının diktaturasından ibarət proletar diktaturasına hazırlığın anlaşılması üçün Leninin “Nə etməli?” əsəri hədsiz maraq doğurur.O,təşkilatı aşağıdan yox,yuxarıdan tələb edir,yəni demokratik yox,diktatorial tipli təşkilat tələb edir.Lenin hər şeyi ictimai-kortəbii inkişafdan uman marksistləri ələ salırdı.O,Rusiyada olduqca zəif olan emperik proletariatın diktaturasını yox,ola bilsin ki, cüzi azlığın nüfuz etdiyi proletariat ideyası diktaturasını təsdiq edirdi.Lenin həmişə təkamülün əleyhinə olan və mahiyyətcə demokratiya əleyhinə olan adamdı ki, bu da kommunist fəlsəfəsinə təsir edirdi.

Bakıya, dünyanın neft səltənəti adlanan şəhərə, Lenin sadiq əlaltısı Stepan Şaumyanı xüsusi səlahiyyət və mandatla fövqəladə bolşevik komissarı təyin etdi.1918-ci ildə Bakıda yaradılan sovet qırmızı ordu hissələrinə əsasən qan hərisləri erməni daşnak hərbi birləşmələri cəlb edildi; bu hissələrin baş komandanı qan içən Boris Avakyan oldu.

Tezliklə yeni bolşevik sovetlərini əvəz edən,Bakı Kommunası (13 aprel 1918-31 iyul 1918) 1918-ci ildə Bakıda mart soyqırımından sonra hakimiyyətə gəlirlər.Bakı kommisarları Nəriman Nərimanov daxil olmaqla 27 nəfər idi.27 Bakı komissarları (Xalq Komissarları Soveti) sırasında üç Azərbaycan türkü-Məşədi Əzizbəyov,Nəriman Nərimanov və Mir Həsən Vəzirov vardı.Bunların vəzifələrinə gəlincə, onlar kommuna hakimiyyət arabasının bəlkə 25-ci, 26-cı və 27-ci təkərləri, buyruq qulları idilər.

1918-ci ilin martında Nəriman Nərimanov Bakı Sovetində Şaumyan tərəfindən şəhər təsərrüfatı üzrə xalq komissarı təyin olunmuşdu.Həmin ilin iyun ayında Bakının Osmanlı Qafqaz İslam Ordusu və Əlahiddə Azərbaycan Korpusu tərəfindən ələ keçiriləcəyini dəqiqləşdirən Nəriman Nərimanov özünü xəstəliyə vuraraq müalicə bəhanəsi ilə Həştərxana qaçır .26 Bakı komissarı içərisində güllələnməkdən qurtulur.

Şaumyanın başçılıq etdiyi bolşevik və daşnak güruh müsəlmanları, xüsusən Azərbaycan türklərini fiziki məhv etmək üçün hər vasitədən,hər cür fitnə və fəsaddan çəkinmirlər, yalnız Bakı şəhəri deyil, Şamaxı, Quba,Lənkəran qəzalarında,Muğan , Şirvan bölgəsində şəhərlər, kəndlər qarət edilir,oda tutulur,qocalara,xəstələrə,uşaqlara belə rəhm etmədən dinc əhali orta əsr vandallarının təsəvvür belə etmədikləri vəhşiliklə məhv edilirdi...Bu,tarixlərdə misilsiz qəddarlığın zirvəsində 1918-ci il martın 18(31)-də Bakıda,daşnakların və bolşeviklərin “Şura bayrağı” altında icra etdikləri və 15-20 mindən çox müsəlmanların- Azərbaycan türklərinin həyatını məhv edən məşhur “mart hadiseyi-əlamiyyəsi” dururdu.1918-ci ilin mart –aprel aylarında Şamaxıda bolşevik və daşnaklar 8 minə qədər dinc sakin qətlə yetirmişdilər.

Memarlıq inciləri-“İsmailiyyə”,800 illik tarixə malik Şamaxı məscidi yandırıldı.Təzəpir məscidi topa tutuldu,bir minarəsi bərk zədələndi və ilaxır.

Unudulmaz faciə

Martın 31-i Azərbaycan tarixi-siyasətində unudulmaz üç günü xatırlatıyor.

Günlər var ki,sevincin böyüklüyü ilə,qünlər də var ki,fəlakət və qüssənin əzəməti ilə unudulmaz.

31 mart ikinci günlərdən idi. Bu üç gün qeyd edilə bildiyi, “Aşura” , “Bartlamsin “ (Varfalamayefski noç) kimi xayinanə bir surətdə bir surətdə hazırlanmış siyasi faciələrdən birisi idi.

Bizdə deyirlər ki, hərbi-ümumi səfhatı arasında mart hadisəyi-Əlamiyyəsini dəfələrlə ötən əsfəli hadisələr vaqe olmuşdur.Bunun üçün dəxi mart günlərində Bakı sokaqlarında icra olunan məzalim və ritalı Ərəbistanın qızğın çöllərində və yaxud Firəngistanın inqilab ilə qaynar şəhərlərində hadis olan uzaq misallar ilə müqayisə etməyə nə hacət!

Əvət,doğrudur; doğrudur ki, Belçikada, Suriyada, Osmanlı dövlətində, Acarıstanda, nəhayət, Kars, Sivas,Van və sair yerlərdə hətta hərbi-ümumidən rəsmən xaricdə Qacar dövlətində Urmu,Səlmas və Xoyda,şəklən Bakı hadisələrinə bənzər və bəlkə də bundan daha fəcih hadisələr vaqe olmuşdur.

Bunlar doğrudur.

Biz Bakıdakı mart hadisələrini,yada salarkən,şübhəsiz ki, o günlərdə icra olunan vəhşətə,zülmə, yıxılan xanimanlara, parçalanıb və divara mıxlanan, yavrulara hətk olunan irq və namuslara dəxi ətvi-nəzər ediyor və insanın bir anda dönüb canavardan da betər hala düşmək ləyaqətində dəxi olduğunu böyük bir hiss infial və şərməndəlikdə görürük.

Faqət mart günlərinin əsl faciəsi bu cəhətdə deyildir.Martda söylədiklərimizdən söyləmədiklərimiz daha böyük,daha şəni, daha mərdud,daha iyrənc bir hadisə vaqe olmuşdu.

İctimai bir inqilab nam və pərdəsilə ortaya çıxıb milli bir ədavət icra edilmişdi.

Burjuaziyaya elani-hərb edilib əmələ və kəsbə qırılmışdı.

“Musavat”a xitabən elani-hərb edilib nəticədə sosialist,bolşevik və Müsavat heç birisinə fərq qoyulmadan kəsilmək və atılmaq üçün müsəlman olmaq kafi gəlmişdi.

Bu nöqteyi-nəzərdən şaumyanların Bakıda çıxardıqları hadisə leninlərin Sankt-Peterburq və Moskvadakı hərəkətlərinə qətiyyən bənzəməzdi.Orada sinfi bir hərb,burada isə,sinfi hərb namı altında milli bir qital,bir qitali-amm icra olunurdu.

Daşnaklar intiqam alıyordu.

Bu intiqam hər növ qonşuluq,inqilabdaşlıq; vətəndaşlıq hissini korlatıyor,yan-yana sülh və müsalimat ilə yaşayan millətləri sənələrlə bir-birindən ayrıyordı.

Bolşeviklər “Sizə Muxtariyyat deyil,xarabalar verəcəyiz” deyirlərdi. Müttəfiqləri daşnaklar da indi izah ediyorlar ki, Bakını sahiblərinin əlindən çıxarmaları ilə onlar erməniliyi mühafizə ediyormışlar.

Həqiqətdir ki,martın 18-dən 21-nə qədər Bakıda türk demokratiyasının kafasında partlayan toplar, müsəlman haqqında rəva görülən məzalim Azərbaycan fikrini daşıyan, muxtariyyət və İstiqlal əqidəsi ilə pərvərdə olan vücudları məhv etmək üçün idi.

Fikir öldürülmək istənilirdi.Millət kəsilirdi.Faqət kəndiləri inqilabçı ikən inqilabın böyük düsturunu unuduyorlardı:

Xətəli-əfkar ehrarına sönməz xunla! Martda tökülən qanlar Osmanlı dövlətindəki milliyət və hüriyyət fikrini Azərbaycan atəşi-müqəddəsəsini söndürmədi.

Bakı küçələrində tökülən nahaq qanlar bir bir “peysiz”, yağılan “İsmailiyyə” isə bir “iplik” işini görərək ürəklərdə söndürülmək istənilən hürriyət məşəlini daha ziyada tutmuşdu.

Qanlar içində boğdurulmaq istənilən Azərbaycan fikri bu kərə müstəqil bir hökumət şəkli ilə təcəlli etdi!

Bakı bir qan və fitnə ocağı deyil,paytaxtımız oldu!

Bu gün Mart hadisələri kimi böyük bir rəyasət nəticəsində kəndi haqqında istirdad etmiş olan paytaxtımızda 31 mart şühadəsinin ruhi-məzluminə fatihələr oxurkən bir şeyi xatırlamaq istərim.

Mart hadisatındakı müvəffəqiyyətsizliyin ən böyük səbəbi,bunu hər kəs təsəvvür ediyor ki, cəmaətimizin başsızlığı,o vaxta qədər bildiyi cəmaət xadimlərinə və siyasi firqə rəislərinə deyil, qeyri-məsul adamlara,əqlindən ziyada hissiyyatına tabe şəslərə uyduğu olmuşdur.

La əlhəmd bu gün o vəziyyətdə deyiliz. Millətin müqəddəratından məsul hökumətə və hökuməti doğmuş parlamentə malikiz.

Hökumət və parlamentimizin bütün nöqsanı ilə bərabər bir məziyyəti var ki,böhranlı və məsuliyyətli dəqiqələrdə bir millətə başçılıq edər,onu hər hissiyyata qapılmış yol ötən “mücahid”lərin nəzərindən saxlaya bilər.

Bunun üçün lazımdır ki,bütün hərəkatımızda etidaldan uzaqlaşmayıb Səksun və intizamı pozmayalım.

Tətil heyəti bizi bu gün matəmə dəvət ediyor.Bu dəvətə icabət edərək bütün həyatı durduraraq Mart Şühadasının ruhi məzlumu qarşısında diz çökəlim.

Çökəlim də deyəlim ki,

Siz məzlum oldunuz; biz sizin məzlumatınızı təlafi etdirmək üçün qanınız bahasına aldığımız hürriyyət və istiqlalı bərk saxlayacağız.

Məmməd Əmin Rəsulzadə

“Azərbaycan” 31 mart 1919 N 147

Ardı var


MANŞET XƏBƏRLƏRİ