Üzeyir Hacıbəylinin dünyagörüşündə milli fəlsəfi və sosial-siyasi aspektlər


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun

Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir

fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

II yazı

Üzeyir Ha­cı­bəy­li­yə gö­rə in­ki­şaf et­miş Av­ro­pa mil­lət­lə­rin­dən fərq­li ola­raq, Türk mil­lə­ti son əsr­lər­də kə­nar­dan mü­da­xi­lə sə­bəb­lə­ri­nə gö­rə mə­də­niy­yət yo­lu­nu ta­pa bil­mə­miş­dir. İn­di işıq qa­pı­sı türk­lə­rin üzü­nə açıl­mış­dır ki, on­lar əl-ələ ve­rib mə­də­niy­yət və mə­ri­fət sa­ra­yı­na da­xil ol­ma­ğa ha­zır­dır. An­caq bə­zi fit­nə­kar şəxs­lər ta­pı­lır ki, türk­lə­rin mə­də­niy­yət bu­la­ğın­dan su iç­mə­si­nə im­kan ver­mir­lər. Maq­da Ney­man xa­nım kim­lə­ri id­dia edir­di ki, gu­ya türk­lər 500 il həm­din­li­lə­ri iran­lı­la­rın hö­ku­mə­ti al­tın­da ya­şa­sa­lar da, on­lar­dan heç bir şey öy­rə­nə bi­lmə­miş­lər. Bü­tün bun­la­rı cə­fən­giy­yat ad­lan­dı­ran Üze­yir bə­yə gö­rə, Maq­da xa­nım ta­ri­xi oxu­sa gö­rər­di ki, Qaf­qaz türk­lə­ri­nin fars­lar­dan əxz et­mə­dik­lə­ri bir şey qal­ma­mış­dır (7). Maq­da Ney­man xa­nım bir tə­rəf­dən türk­lə­ri vəh­şi­lik­də suç­la­yıb, on­lar da elm və mə­ri­fət qa­bi­liy­yə­ti yox­dur de­di­yi hal­da, di­gər tə­rəf­dən isə on­la­rın mək­təb aç­maq is­tək­lə­ri­nə qar­şı çı­xa­raq ədə­bi dil­lə­ri­nin ol­ma­dı­ğı­nı id­dia edir­di. Ha­cı­bəy­li­yə gö­rə ha­zır­da Türk di­li üç di­lin (türk, ərəb və fars) əsa­sın­dan iba­rət ol­sa da, onun kö­kü Türk di­li­dir. Onun fik­rin­cə, əs­lin­də Maq­da Ney­man xa­nı­mı na­ra­hat edən türk­lə­rin ədə­bi di­li­nin olub-ol­ma­ma­sı mə­sə­lə­si de­yil, din mə­sə­lə­si­dir – yə­ni, onun təb­rin­cə, “İs­lam bir­li­yi”nin zü­hu­ra gəl­mə­si­dir. Baş­qa söz­lə, Maq­da Ney­man xa­nım kim­lə­ri rus im­pe­ri­ya­sı­nı mü­səl­man­la­rın gu­ya, “İs­lam bir­li­yi” ya­ra­da­caq­la­rı ilə qor­xut­maq is­tə­yir­lər. Ha­cı­bəy­li ya­zır­dı: ““İt­ti­ha­di-İs­lam” ləf­zi də­xi gö­zü­bağ­lı­çı­lıq hiy­lə­si ilə or­ta­ya atıl­mış mə­na­sız söz­dür”(7).

Bü­tün bun­lar­dan son­ra Ü.Ha­cı­bəy­li Maq­da Ney­man xa­nı­mın iç üzü­nü if­şa edir. Mə­lum olur ki, bu xa­nım türk­lə­ri “İs­lam bir­li­yi”ndə suç­la­maq­la məq­sə­di on­la­rı hö­ku­mə­tin gö­zün­dən sal­maq və on­la­rın bəy­lə­ri­nin, xan­la­rı­nın tor­paq­la­rı­nı əllərin­dən alıb rus mü­ha­cir­lə­ri­nə və Os­man­lı­dan qa­çıb gə­lən er­mə­ni­lə­rə ver­mək­dir: “Əca­ba, han­sı in­saf sa­hi­bi be­lə dəh­şət­li söz­lər­dən nif­rət et­mə­z? O söz­lə­ri ya­zan­dan kə­nar dur­ma­z? Bəd­bəxt türk­lər! Böh­tan, ya­lan və if­ti­ra al­tın­da qol ça­lan türk­lər! İn­saf­sız, mür­vət­siz və vic­dan­sız ju­ran­list­lər qə­lə­mi­nin oyna­ğı ol­muş­su­nuz. Hər əli qə­ləm tu­tan si­zin ba­rə­niz­də bir if­ti­ra yaz­ma­sa ol­maz! Əca­ba bu­na sə­bəb nə­di­r? Qaf­qaz iğ­­ti­­şa­­şı­­dır­­mı­­? Elə isə ge­nə bəd­bəxt türk­lər”(7).

Ha­cı­bəy­li ya­zır­dı ki, son əsr­lər­də Türk döv­lət­lə­ri zə­if­lə­dik­dən son­ra hər kəs türk­lə­rin düş­mə­ni­nə çev­ril­miş­dir. Bu ba­xım­dan əli qə­ləm tu­tan əc­nə­bi mü­əl­lif­lə­rin ço­xu da türk­lə­rin əley­hi­nə if­ti­ra və böh­tan atır­lar. Son əsr­lər­də Türk xalq­la­rı da öz mil­li kim­lik­lə­rin­dən və Türk dün­ya­gö­rüş­ün­dən uzaq­la­şıb öz­lə­ri­ni əsa­sən mü­səl­man ki­mi an­la­dıq­la­rı üçün bu cür böh­tan­la­ra ca­vab ve­rə bil­mir­lər (2, s.419).

Ona gö­rə də, Qaf­qaz türk­lə­ri­nin mil­lət və din mən­su­biy­yə­ti mə­sə­lə­si­nə ya­ra­dı­cı­lı­ğın­da ge­niş yer ve­rən Ha­cı­bəy­li ya­zır­dı ki, Qaf­qaz mü­səl­man­la­rının et­nik mən­şə­yi və di­li türk di­li ol­duq­la­rı hal­da, öz­lə­ri­ni mü­səl­man ad­lan­dır­ma­la­rı doğ­ru de­yil, çün­ki “mü­səl­man” məf­hu­mu nə mil­lə­ti, nə də di­li ifa­də edir. Ha­cı­bəy­li ya­zır­dı: “Hal­bu­ki özü Türk­dür, di­ni İs­lam di­ni­dir, di­li də Türk di­li­dir. Da­ha bu­ra­sı­nı dü­şü­nən yox­dur ki, mü­səl­man adın­da mil­lət yox­dur, mü­səl­man adın­da dil yox­dur, mü­səl­man – yə­ni İs­lam di­ni­ni qə­bul et­miş bir adam de­mək­dir. Din baş­qa, dil baş­qa. Din baş­qa, mil­liy­yət baş­qa. Din­də dil yox­dur, din­də mil­liy­yət də yox­dur”(4, s.141). Onun fik­rin­cə, bu ba­xım­dan türk­lər öz et­nik mən­su­biy­yət­lə­ri­ni, di­li­ni ta­nı­ma­lı və onun tə­rəq­qi et­mə­si­nə, is­la­hı­na ça­lış­ma­lı­­dır­lar. O, ya­zır­dı: “Çün­ki doğ­ru­dan da əgər biz öz ana di­li­mi­zə in­di­yə qə­dər bax­dı­ğı­mız nə­zər­lə bax­maq­da da­vam edər­sək, yə­ni heç bir əhə­miy­yət ver­mə­sək, ola bi­lər ki, gün­lə­rin bir gü­nü di­li­miz itər, ba­tar, yox olar və bir mil­lə­tin də ki di­li bat­dı, on­da o mil­lət özü də ba­tar, çün­ki bir mil­lə­tin var­lı­ğı­na, is­ba­ti vü­cud et­mə­si­nə sə­bəb onun di­li­dir” (4, s. 142).

O, yazırdı ki, Türk di­li­nə bi­ga­nə­lik gös­tə­rib öv­lad­la­rı­mı­za ana di­lin­də de­yil, yal­nız yad dil­lər­də təh­sil ver­mək, ya da di­li­mi­zi əc­nə­bi söz­lər­lə zi­bil­lə­mək qə­tiy­yən doğ­ru de­yil­dir. Onun fik­rin­cə, əc­nə­bi xalq­la­rın bir çox mü­tə­fək­kir­­lə­ri­nin be­lə Türk di­li­ni yük­sək qiy­mət­lən­dir­di­yi hal­da, ona ögey mü­na­si­bət bəs­lə­mək yol­ve­ril­məz­dir: “Biz, ib­ti­da­iy­yə mək­təb­lə­ri­nin bi­rin­ci şö­bə­sin­də öz ana dil­lə­ri­nə bil­mər­rə da­ra ol­ma­yan mü­əl­lim­lər­­dən bir il zər­fin­də dərs al­maq­la ana di­li­mi­zi öy­rə­nib, is­te­ma­il­nə müq­tə­dir ol­ma­rıq. Hal­bu­ki bi­zim türk li­sa­nı­mız Av­ro­pa ülə­ma və fi­lo­sof­la­rı­nın rə­yi­nə nə­zə­rən ən və­si və ka­mil bir dil­dir ki, onun va­si­tə­si­lə in­san ən ali fi­kir­lə­ri­ni və ən də­qiq hiss­lə­ri­ni bə­ya­nə qa­dir­dir. Be­lə bir zən­gin li­sa­nın sa­hi­bi olub da onun­la is­ti­fa­də et­mə­mə­yin özü bö­yük bir bəd­bəxt­lik­dir” (4, s.179).

Ye­ri gəl­miş­kən, Ha­cı­bəy­li də tə­bii ola­raq doğ­ma ana di­li­ni Türk di­li ad­lan­dır­dı­ğı hal­da (4, s.179), So­vet­lər Bir­li­yi döv­rün­də ol­du­ğu ki­mi (xü­su­si­lə 1936-cı il­dən eti­ba­rən), müs­tə­qil­li­yi­mi­zin bər­pa­sın­dan son­ra da “Türk di­li” an­la­yı­şı “Azər­bay­can di­li” ki­mi ve­ril­miş­dir. Be­lə ki, Ha­cı­bəy­li­nin iki cild­lik “Se­çil­miş əsər­lə­ri”nin 2-­ci cil­di­nin izah­lar böl­mə­sin­də bu ki­mi qey­ri-də­qi­qi­li­yə yol ve­ril­miş (4, s.419), ey­ni za­man­da, ümu­mi­lik­də izah­lar bö­lü­mü açıq aş­kar müs­təm­lə­kə tə­fək­kü­rü ilə ya­zıl­mış­dır.Hər hal­da bu ki­ta­bın izah­lar bö­lü­mün­də Ə.Hü­seyn­za­də­nin “qa­tı türk­pə­rəst”, Ə.Ağa­oğ­lu­nun bur­jua əqi­də­li ic­ti­mai xa­dim, Ə.Top­çu­ba­şını xır­da bur­jua əqi­də­li ic­ti­mai xa­dim, ya da əks-inqi­lab­çı ad­lan­dırıl­ması qə­tiy­yən doğ­ru de­yil­dir (4, s.410-413).

Ümu­mi­lik­də, Ha­cı­bəy­li­nin ana di­li mə­sə­lə­si ilə bağ­lı mü­la­hi­zə­lə­ri doğ­ru olub, da­ha çox or­ta yol tut­muş­dur. Baş­qa söz­lə, o, Os­man­lı türk­cə­si­ni mü­da­fiə et­mə­di­yi ki­mi, Azər­bay­can türk­cə­si­ni rus­la­şa­dı­ran­la­ra qar­şı çox sərt ol­muş­dur. Ona görə bə­zi­lə­ri­nin ana di­li­ni in­ki­şaf et­dir­mək əvə­zi­nə, os­man­lı şi­və­si­ni bə­yən­mə­yib on­lar­la mü­ba­hi­sə aç­ma­sı mə­na­sız­dır: “Biz Türk di­li üz­rə bö­yük bir pad­şah­lıq tə­sis et­miş olan os­man­lı­lar­dan, fars və rus tər­cü­mə­lə­ri al­tın­da bil­kül­liy­yə xa­rab olub türk­lük ru­hu­nu itir­miş olan di­li­mi­zi tə­zə­dən öy­rən­mək əvə­zi­nə hə­lə os­man­lı­la­rı bə­yən­mə­yib sırf ca­hil ol­du­ğu­muz bu mə­sə­lə üs­tə on­lar ilə mü­ba­hi­sə­yə də cə­sa­rət edi­rik” (5, s.209).

De­mə­li, bu­ra­da Ha­cı­bəy­li Türk di­li­nin (Azər­bay­can) Os­man­lı türk­cə­si ilə ya­xın­laş­dı­rıl­ma­sın­dan da­ha çox fars­laş­dı­rıl­ma­sı­na, rus­laş­dı­rıl­ma­sı­na eti­raz et­miş­dir. O, açıq şə­kil­də işa­rə edir­di ki, son əsr­lər­də Qaf­qaz türk­lə­ri­nin di­li xey­li də­rə­cə­də rus­laş­dı­rıl­mış, bir çox zi­ya­lı­lar rus di­li­nin qram­ma­ti­ka­sı­na uy­ğun ola­raq türk di­lin­də yaz­ma­ğa baş­la­mış­lar: “Qafqazda Türk dilini mükəmməl bilən­lərdən Əli bəy Hüseynzadə cənabları dəfələrlə qəti surətdə elan etmişlər ki, Türk dilində “hansı ki”, “hansılar ki” sözü yoxdur. Mən də diyoram ki, bu sözü tərcümə üsulilə dərs verən müəllimlər, rusun “kotorıy” kəlməsini tərcümə etmək üçün özlərindən çıxarıblar; onun istemalı dil üçün lüzumsuz bir ağırlıqdır” (5, s.210).

O, 1917-ci il­də “Doğ­ru söz” qə­ze­tin­də yaz­dı­ğı “Dil da­va­sı” mə­qa­lə­sin­də də ana di­li­mi­zin Türk di­li ol­du­ğu hal­da, onu yad dil­lər­dən, xü­su­si­lə də rus di­lin­dən aşa­ğı tut­ma­ğın və əc­nə­bi söz­lər­lə kor­la­ma­ğın əley­hi­nə çıx­mış­dır: “Əlqissə, yazılar hamısı türkcə yazılmalıdır ki, oxuyanlar hamısı başa düşsün. Türkcə... Əlbəttə, əlifəlbəttə türkcə yazılsın” (5, s.115).

Milli cəmiyyətlərin təşkili və milli birlik məsələsi. Ru­si­ya mü­səl­man­la­rı ara­sın­da özü­nə­məx­sus mil­li kim­li­yə və mil­li di­lə sa­hib Qaf­qaz türk­lə­ri­nin mil­li var­lı­ğı­nı mü­da­fiə edən Ü.Ha­cı­bəy­li on­la­rın ic­ti­mai-si­ya­si təş­ki­lat­lar ya­rat­ma­sı­nın zə­ru­ri­li­yin­­dən də bəhs et­miş­di. Onun fik­rin­cə, mil­li-di­ni bir­li­yin ol­ma­ma­sı­nın nə­ti­cə­si­dir ki, Çar­lıq Döv­lət Du­ma­sın­da mü­səl­man­la­rı, o cüm­lə­dən Qaf­qaz mü­səl­man­la­rı­nı si­ya­si qüv­və ki­mi ta­nı­mır, yer­lər­də on­la­rın haqq və azad­lıq­la­rı­nı tap­da­la­yır­lar. O, bu­na mi­sal ki­mi Qaf­qaz zemst­vo­la­rı­nın (bə­lə­diy­yə­lə­ri­nin) ya­ra­dıl­ma­sı­nın ge­cik­di­ril­mə­si­ni, bu­ra­da mü­səl­man türk­lə­rə müm­kün qə­dər az yer ve­ril­mə­si cəh­di­ni gös­tə­rir­di (4, s.94). O, ya­zır­dı ki, “zemst­vo” mə­sə­lə­sin­dən gür­cü­lər­lə er­mə­ni­lər mak­si­mim fay­da­lan­dıq­la­rı hal­da, mü­səl­man­la­rı isə bun­dan məh­rum qal­maq­da­dır: “Bəs bi­zim eh­ti­ya­ca­tı­mız nə­zə­ri­lə kim bax­sın və bu gö­zəl ne­mət­dən məh­rum ol­ma­ğı­mı­za ra­zı ol­ma­sı­n? Heç kim yox­dur... Bi­ar­lı­ğı­mı­za sa­lıb din­məz-söy­lə­məz otur­mu­şuq. Ge­nə bir cü­rə iş­lər­də üzü­mü­zü ağar­dan və haq­qı­mı­zın pay-bə­şik ol­ma­sı­na na­muscasına yol ver­mə­yən­lə­ri­miz var idi­sə, o da Əh­məd bəy idi. Onu və­tən­dən qa­çırt­dı­lar... Əh­məd bəy gedən­dən son­ra dok­tor Qa­ra bəy Qa­ra­bə­yov idi. Onu da və­tən­dən qa­çırt­dı­lar. Bun­lar­dan baş­qa Əli­mər­dan bəy Top­çu­ba­şov idi, onu da və­tən­dən qa­çırt­dı­lar. Bun­lar­dan sa­va­yı dok­tor N.Nə­ri­ma­nov idi, onu da qa­za­ma­ta sal­dı­rıb bir bö­lük kül­fə­ti­ni ac qoy­dur­du­lar” (4, s.112).

Bü­tün bun­la­rı Çar­lı­ğın yal­nız Türk zi­ya­lı­la­rı­nı öl­kə­dən di­dər­gin sal­ma­ğa məc­bur et­mək­lə de­yil, ey­ni za­man­da rus­laş­dır­maq, xris­ti­an­laş­dır­maq (6, s.522) si­ya­sə­ti ilə də əla­qə­lən­di­rən Ha­cı­bəy­li­yə gö­rə bun­dan əsas ni­cat yo­lu ye­nə də Qaf­qaz mü­səl­man­la­rı­nın mil­li təş­ki­lat­la­rı­nı ya­ra­dıb cid­di bir si­ya­si qüv­və­yə çev­ril­mək­lə bağ­lı­dır. Üze­yir bə­yə gö­rə Qaf­qaz mü­səl­man­la­rı­nın yo­lun­da ümu­mi və tək­rar­çı söz­lə­ri bir kə­na­ra qo­yub işə (mil­li ruh­lu si­ya­si təş­ki­lat­lar ya­rat­ma­ğa) baş­la­yar­kən də, əv­vəl­cə fil­dən de­yil, si­çan dü­zəlt­mək­dən ya­pış­maq la­zım­dır (4, s.56). Onun fik­rin­cə, mil­li təş­ki­lat­lar ər­sə­yə gə­tir­mək üçün də ilk növ­bə­də, di­ni ra­di­kal­lıq­dan və rus­pə­rəst­lik­dən uzaq mil­li baş­çı­lar, mil­li tə­fək­kür­lü zi­ya­lı­lar ol­ma­lı­dır.


MANŞET XƏBƏRLƏRİ