İspaniya qanunsuz miqrantlara bir il müddətinə qanuni status verəcək


İspaniya hökuməti ölkədə icazəsiz yaşayan və işləyən yüz minlərlə qanunsuz miqrasiya edənə müəyyən şərtləri yerinə yetirmələri şərtilə bir ilə qədər qanuni status verəcəyini açıqladı.

Turkustan.az xəbər verir ki, İspaniyanın Sosial Təminat və İmmiqrasiya naziri Elma Saiz mətbuata açıqlamasında Nazirlər Şurasının həftəlik iclasında ölkənin immiqrasiya siyasəti ilə bağlı yeni qərar qəbul etdiyini bildirib.
Saiz bildirib ki, İspaniyada qanunsuz immiqrantların bir ilə qədər qanuni yaşayış və iş icazəsi almasına imkan vermək üçün mövcud immiqrasiya qanunları dəyişdiriləcək.

Digər tərəfdən, qayda 31 dekabr 2025-ci il tarixindən əvvəl İspaniyaya gələn və ölkədə ən azı beş ay yaşadıqlarını sübut edə bilən şəxslərə şamil ediləcək. Ərizəçilər həmçinin cinayət qeydlərinin olmadığını sübut etməlidirlər.

Bu tədbirin ölkədə yaşadığı güman edilən 500.000 ilə 800.000 arasında qeyri-qanuni miqrantlara fayda verəcəyi gözlənilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ