ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı İrana doğru daha bir ABŞ hərbi donanmasının hərəkətə başladığını bildirib və Tehranın Vaşinqtonla razılığa gələcəyinə ümid etdiyini deyib.
Turkustan.az xəbər verir ki, Tramp dünən gecə etdiyi çıxışda belə deyib:
“Hazırda İrana doğru çox yaxşı şəkildə irəliləyən daha bir güclü donanma var.”
O əlavə edib: “Ümid edirəm ki, onlar razılığa gələcəklər.”
ABŞ prezidenti dünən gecə verdiyi başqa bir açıqlamada isə “Kuba çox tezliklə dağılacaq” ifadəsini işlədib. Trampın sözlərinə görə, bir vaxtlar ada dövlətinin ən böyük təchizatçısı olan Venesuela son vaxtlar Kubaya nə neft, nə də maliyyə yardımı göndərir.
Aytən Yaşar/ Turkustan.az