Generaldan sensasiya: Rusiya bu tarixdə NATO-ya hücum edəcək


Almaniya Bundesverinin Birləşmiş Dəstək Komandanlığının qərargah rəisi, general-leytenant Gerald Funke NATO-nun yaxın üç il ərzində Rusiya hücumuna məruz qalacağını iddia edib.

Turkustan.az xəbər verir ki, o, bu barədə “The Times” qəzetinə müsahibəsində bildirib.

Hipotetik münaqişə ssenarisindən danışan general Almaniya Silahlı Qüvvələrinin mümkün hərbi əməliyyatların mərkəzində qala biləcəyini istisna etməyib. Onun sözlərinə görə, gərginlik artacağı təqdirdə təxminən 4 min 800 nəfərlik mexanikləşdirilmiş piyada briqadası Litvada yerləşən ön mövqedən cavab zərbəsi endirəcək.

Funkenin ehtimalına əsasən, bundan sonra bir neçə gün ərzində NATO qruplaşmasını gücləndirmək məqsədilə bölgəyə əlavə olaraq 15 minədək hərbçi göndərilə bilər. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ