Netanyahu HƏDƏLƏDİ: İrana misli görünməmiş cavab verəcəyik!


İsrailin Baş naziri Benyamin Netanyahu, ABŞ-ın potensial hücumu fonunda İranın İsrailə hücumunun ciddi bir səhv olacağını iddia edərək, belə bir vəziyyətdə "İranın görünməmiş bir güclə cavab verəcəyini" təhdid etdi.

Turkustan.az xəbər verir ki, Qəzza zolağındakı sonuncu israilli məhbus Ran Qvilinin cəsədinin dünən təhvil verilməsindən sonra Netanyahu bu gün İsrail Baş nazirinin Əsirlər və İtkin Düşmüş Şəxslər üzrə Koordinatoru Qal Hirş ilə birgə mətbuat konfransı keçirib.

Netanyahu ABŞ prezidenti Donald Trampın İranla bağlı qərar verəcəyini, İsrailin isə öz qərarını verəcəyini bildirib və hadisələrin inkişafını izlədiklərini və hər hansı bir ehtimala hazır olduqlarını əlavə edib.

Netanyahu, İran oxunun yenidən qruplaşmağa çalışdığını və Tehranın İsrailə qarşı hər hansı bir hücumunun "ciddi səhv" olacağını iddia edərək, belə bir hücumun baş verəcəyi təqdirdə İrana qarşı misli görünməmiş güclə cavab verəcəyi ilə hədələdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ