Kommunikasiya direktoru Burhanəddin Duran bəzi siyasi dairələrin "Suriyada kürdlərin hədəfə alındığı" iddiasının həqiqəti əks etdirmədiyini bildirib.
Turkustan.az xəbər verir ki, Duran deyib: "Cəmiyyəti bölən deyil, birləşdirən dildən istifadə etmək bizim kollektiv məsuliyyətimizdir. Faktları təhrif etmək əvəzinə, sağlam düşüncə və birlik hissi ilə danışmalıyıq.
Türkiyənin mübarizəsi etnik kimliklərlə deyil; terrorizm, zorakılıq və qanun xaricində fəaliyyət göstərən strukturlarladır. Türkiyənin mübarizəsi sərhədlərində terror dəhlizinin yaradılmasının qarşısını almaqdır".
Aytən Yaşar/ Turkustan.az