BMT: Fars körfəzi bölgəsində hərbi güclənmə ilə bağlı çox narahatıq


Birləşmiş Millətlər Təşkilatı (BMT) ABŞ-ın USS Abraham Linkoln (CVN-72) təyyarədaşıyan gəmisinin Yaxın Şərqə yerləşdirilməsindən sonra Fars körfəzi bölgəsində artan hərbi güclənmədən “həqiqətən çox narahat” olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, BMT Baş katibinin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat brifinqində jurnalistlərin suallarını cavablandırıb.

USS Abraham Linkoln təyyarədaşıyan gəmisinin bölgəyə göndərilməsi ilə bağlı suala cavab verən Dujarrik deyib:
“Baş katib Fars körfəzi bölgəsində hərbi güclənmə ilə bağlı yayılan xəbərlərdən həqiqətən çox narahatdır.”

Dujarrik qeyd edib ki, Baş katib maksimum təmkin nümayiş etdirilməsinə çağırır və əlavə edib:
“O, bütün tərəfləri daha geniş regionda gərginliyi artıracaq və ya münaqişəni alovlandıra biləcək istənilən addımdan çəkinməyə dəvət edir.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ