İrandan İrəvana iki uçuş ləğv edilib.
Turkustan.az xəbər verir ki, bu barədə “Zvartnots” beynəlxalq aeroportunun onlayn lövhəsində qeyd olunub.
Məlumata görə, “Fly Kish” və “Flysepehran” şirkətləri tərəfindən həyata keçirilən Tehran-İrəvan reysləri 27 və 28 yanvar tarixlərində yerinə yetirilməyəcək.
İran paytaxtından İrəvana uçuş yanvarın 27-də saat 14:45-də və yanvarın 28-də saat 13:35 radələrində baş tutmalı idi. Lakin hər iki reys naməlum səbəblərdən ləğv edilib. /axar.az/