ABŞ prezidenti Donald Tramp Suriya prezidenti Əhməd Şara ilə "çox yaxşı" görüş keçirdiyini bildirib.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Tramp seçki kampaniyası ilə bağlı Ayova ştatına səyahət etmək üçün Ağ Evdən ayrılarkən jurnalistlərin suallarını cavablandırıb.
Tramp bildirib ki, "Suriyanın çox hörmətli prezidenti (Əhməd Şara) ilə çox yaxşı görüş keçirdik. Suriya və bu bölgə ilə bağlı siyasət çox yaxşı gedir. Biz bundan çox məmnunuq".
Aytən Yaşar/ Turkustan.az