Bu gün Milli Məclisin iclasında deputat Elmar Nəsirov təklif edib ki, Azərbaycan-İran Parlamentlərarası dostluq fəaliyyəti dondurulsun.
Turkustan.azxəbər verir ki, millət vəkili daha sonra bildirib ki, əgər İran baş vermiş terror aktının araşdırılması ilə bağlı lazımi addımları atmasa, İranla olan əlaqələrimiz kəsilsin.
Deputatın sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən, İranla əlaqəsi olan şəbəkə üzvlərindən 7 deyil, 40 nəfər saxlanılıb.