Qazaxıstan və Türkiyə “Əbədi dostluq” bəyannaməsi imzalayacaq


Qazaxıstan və Türkiyə “Əbədi dostluq və genişləndirilmiş strateji tərəfdaşlıq haqqında” bəyannamə qəbul edəcək.

Turkustan.az xəbər verir ki, bu barədə Qazaxıstan-Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclasında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.

“Bu gün biz “Əbədi dostluq və genişləndirilmiş strateji tərəfdaşlıq” bəyannaməsini qəbul edirik. Bu mühüm sənəd Qazaxıstan-Türkiyə münasibətlərinin inkişafına yeni təkan verəcək. Hər iki ölkənin bu məsələdə eyni niyyəti və arzuları var. Buna görə də, böyük potensiala və imkanlara malik olduğumuzu söyləmək üçün tam əsas var”, - Kasım-Jomart Tokayev bildirib.

Astanada keçirilən şuranın iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edir./teleqraf


MANŞET XƏBƏRLƏRİ