ABŞ-dən İrana yeni hücum: Hərbi obyektlər vuruldu


ABŞ Hərbi Hava Qüvvələri (HHQ) İranda yerləşən hərbi obyektlərə növbəti hava zərbələri endirib.

Turkustan.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində paylaşım edib.

Bildirilib ki, əməliyyat İranın kommersiya gəmiçiliyinə qarşı həyata keçirdiyi hücumlara cavab xarakteri daşıyıb.

Məlumata əsasən, ABŞ hərbi aviasiyası İranın hərbi kəşfiyyat infrastrukturu, rabitə sistemləri, hava hücumundan müdafiə (HHM) mövqeləri, pilotsuz uçuş aparatlarının saxlanıldığı anbarlar və mina yerləşdirmə imkanlarını hədəfə alıb.

CENTCOM-un açıqlamasında qeyd olunub ki, İran pilotsuz uçuş aparatından istifadə etməklə Panama bayrağı altında üzən və göyərtəsində 2 milyondan çox barel neft daşıyan "M/T Kiku" tankerinə hücum edib.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında İranın Sinqapur bayrağı altında Hörmüz boğazından keçən "Ever Lovely" konteyner gəmisinə azı dörd kamikadze tipli pilotsuz uçuş aparatı ilə zərbə endirdiyini bildirmişdi. /modern.az/


MANŞET XƏBƏRLƏRİ