Tramp özünü qədim yunan tanrısı Atlas kimi təsvir etdi


ABŞ Prezidenti Donald Tramp özünü Yer kürəsini çiyinlərində tutan güc kimi təsvir edib.

Turkustan.az xəbər verir ki, o, süni intellektdən istifadə edərək çəkilmiş şəklini "Truth Social"da paylaşıb.

Şəkildə Amerika liderinin planetin ağırlığı altında büküldüyü təsvir olunub. Bir çiynində Amerika bayrağı asılıb. Tramp dərc olunmuş şəkillə bağlı heç bir şərh verməyib.

Qeyd edək ki, izləyicilər Trampın özünü Yunan mifologiya qəhrəmanı Atlasa bənzətdiyini yazıblar. Atlas yunan mifologiyasında səma tanrısı, titanlar ailəsidir. O, Zevs tərəfindən Yer kürəsini çiyinləri üzərində saxlamaqla vəzifələndirilib./teleqraf


MANŞET XƏBƏRLƏRİ