Avropa Türk Fedarasiyası Borçalıda Qurban aksiyası keçirib


Gürcüstanda yaşayan soydaşlarımız üçün qurban kəsimində iştirak edən Almaniya Türk Federasiyası genel başkanı Şəntürk Doğruyolun rəhbərliyində Avropa Türk Fedarasiyası nümayəndələri Borçalı türkləri ilə vidalaşmışlar.

Qurban bayramı günlərində Qardabani, Marneuli, Bolnisi, Dmanisi, Qaraçöp, Kaspi bölgələrində 94 iribuynuzlu heyvan qurban kəsilmiş, 10 tona yaxın ət ehtiyacı olan 3900 nəfər arasında paylanmışdır.

Bu barədə Turkustan.az-a BİAM sədri Zəlimxan Məmmədli məlumat verib: “Başda dostum Şəntürk Doğruyol olmaqla Borçalıya gələn nümayəndələrə, qurbanlıq göndərən Avropa türklüyünün hər birinə öz adımdan, BİAM ailəsi adından, soydaşlarımız adından təşəkkür edirəm. Allah qurbanlarınızı qəbul etsin. Tanrı türkü qorusun və ucaltsın. Eyni zamanda təşkilat işlərinə rəhbərlik edən dəyırli dostum və qardaşım İsmixan bəyə və heyətinə sonsuz təşəkkülərimi bildirirəm”.

Mübariz/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ