ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus kəşfiyyat təyyarəsi Tayvan boğazı üzərində uçdu


Bildirilib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “P-8A Poseidon” tipli kəşfiyyat təyyarəsi materik Çin və Tayvan arasındakı mübahisəli Tayvan boğazında uçurmuş.

Turkustan.az xəbər verir ki, ABŞ-ın Sakit Okeandakı 7-ci Donanması tərəfindən edilən açıqlamada, təyyarənin Tayvan boğazında beynəlxalq hava məkanından keçdiyi ifadə edilərək, "ABŞ Tayvan boğazında beynəlxalq hüquqa uyğun hərəkət edir və naviqasiya hüquqlarını qoruyur və bütün ölkələrin azadlıqları”.

"Təyyarənin Tayvan boğazından keçməsi ABŞ-ın azad və açıq Hind-Sakit Okean hövzəsinə sadiqliyini nümayiş etdirir. ABŞ ordusu beynəlxalq qanunların icazə verdiyi hər yerdə fəaliyyət göstərməyə, uçmağa və üzməyə davam edəcək", - bəyanatda deyilir.

Tayvan və ətrafına cavabdeh olan Çin Xalq Qurtuluş Ordusunun Şərq Cəbhəsi Komandanlığı verdiyi açıqlamada Çin qırıcılarının ABŞ təyyarəsinin keçidini izlədiyini bildirib.

Bəyanatda komandanlığa tabe olan bölmələrin hər zaman tətikdə olduqları və milli suverenliyi və təhlükəsizliyi, eləcə də regional sülh və sabitliyi qətiyyətlə qoruyacaqları bildirilib.

Tayvan adasını öz ərazisinin bir hissəsi, Tayvan boğazını isə ərazi suları hesab edən Çin digər ölkələrin bölgədəki naviqasiya və kəşfiyyat fəaliyyətlərinə qarşı çıxır. Bu cür hərəkətlər ölkələr arasında gərginliyə səbəb olur.

Almaniya donanmasına aid bir freqat və təchizat gəmisi Çinin etirazlarına baxmayaraq, sentyabrın 13-də Tayvan boğazından keçib.

Almaniyanın müdafiə naziri Boris Pistorius keçidi müdafiə edərək, bunun Cənubi Koreyadan Filippinə gedən gəmilər üçün “beynəlxalq sularda” ən qısa və ən təhlükəsiz yol olduğunu bildirib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq verdiyi açıqlamada gəmilərin keçməsinə reaksiya verib və "Tayvan məsələsi naviqasiya azadlığı məsələsi deyil, Çinin suverenliyi və ərazi bütövlüyü ilə bağlıdır" deyib.

Çinin Berlindəki səfirliyindən verilən açıqlamada, “Tayvan boğazının “beynəlxalq sular” deyil, Çinin “daxili suları”, “ərazi suları”, “mühafizə zonası” və “eksklüziv iqtisadi zona” olduğu bildirilib”. Çinin suverenliyinə hörmət etməyə və “vahid Çin” prinsipinə riayət etməyə çağırış edilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ