Paşinyan Əskiparadakı ermənilərə: “Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır”


“Biz istəyirik ki, Azərbaycanın Ermənistanla sərhəd kəndlərinə yaxın olması sakinləri narahat etməsin”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Voskepar (Əskipara) kəndinin sakinləri ilə görüşdə deyib.

“Məqsədimiz, ideyamız ondan ibarətdir ki, siz “Azərbaycan 50 metr aralıdadır” deyəndə narahat olmaq yerinə “Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır, orada ticarətlə məşğul olarıq, bəlkə ferma tikərik” deyəsiniz. Həmçinin buradan avtomobillərin keçəcəyi buraxılış məntəqəsi tikmək olar ki, buna görə Ermənistan Respublikasına ödəniş edərlər”, - Paşinyan bildirib.

Baş nazir təhlükəsizlik barədə 100 faizlik zəmanət verməsə də, zamanla təhlükəsizliyin 90 faizdən artıq olacağını güman etdiyini deyib.

Paşinyan bildirib ki, gələn həftədən kənd icması rəhbərlərinin adı demarkasiya və delimitasiya ilə bağlı komissiyaya daxil ediləcək. /Cebhe.info/


MANŞET XƏBƏRLƏRİ