ABŞ Konqresi Prezident Co Baydenin strategiyasını anlamadan Ukraynanı qeyri-müəyyən müddətə maliyyələşdirməyə davam edə bilməz.
Turkustan.azxəbər verir ki, bu sözləri ABŞ-ın respublikaçı konqresmeni Kris Stüart "Fok Nyus"da qələmə aldığı köşə yazısında qeyd edib.
"Konqres Baydenin hərbi əməliyyatlara son qoymaq strategiyasını başa düşmədən Ukraynanı qeyri-müəyyən müddətə maliyyələşdirməyə davam edə bilməz", - o yazıb.
"Bayden Ukraynaya kömək üçün milyardlar verməyə davam edir, lakin onun Rusiya ilə qarşıdurmanın qarşısını almaq üçün strategiyası yoxdur", - konqresmen əlavə edib.
Stüart qeyd etib ki, bu dəstəyin son məqsədi də daxil olmaqla, Kiyevə artan yardımın həcmi ilə bağlı bir sıra kritik suallara cavabların vaxtı çatıb. Onlara cavab olmadan sonrakı xərclər məsuliyyətsiz görünür. /axar.az/