Ermənistan Baş naziri Nikol Paşinyan 9 nəfərin ölümü ilə nəticələnən qəzanı Rusiya ilə əlaqələndirib.
Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Baş nazir jurnalistlərin suallarını cavablandırarkən noyabrın 3-də Uşi kəndi yaxınlığında 9 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasına Rusiya dövlət nömrə nişanlı yük maşınının səbəb ola biləcəyinə eyham vurub.
“Qəzaya səbəb olduğu ehtimal edilən avtomobil başqa ölkədən gəlib”, - deyə o bildirib./modern.az