İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazından keçməyə çalışan iki neft tankeri və bir yedək gəmisində yanğın baş verdiyini bildirib.
Turkustan.az xəbər verir ki, İnqilab Keşikçiləri Ordusunun bəyanatına görə, gecə saatlarında Hörmüz boğazının cənub marşrutundan keçməyə çalışan neft tankeri minaya düşüb və nəticədə gəmidə yanğın başlayıb.
Bəyanatda həmçinin boğazın şərq hissəsində bir supertankerdə yanğın baş verdiyi bildirilib. Yanğını söndürmək üçün gəmiyə yaxınlaşan yedək gəmisi də alovlanıb.
İnqilab Keşikçiləri Korpusu regionda ABŞ istehsalı olan “Lucas” adlı iki kamikadze dronunun da elektron müharibə sistemləri vasitəsilə zərərsizləşdirilərək ələ keçirildiyini açıqlayıb.
İran tərəfinin iddiasına görə, həmin dronlar İranın “Şahid-136” tipli kamikadze pilotsuz uçuş aparatının əsasında hazırlanıb.
Aytən Yaşar/ Turkustan.az