Ronaldu Portuqaliya yığmasındakı karyerasını başa vurdu - RƏSMİ


Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Kriştianu Ronaldu Portuqaliya millisindən ayrılıb.

Turkustan.az xəbər verir ki, 41 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Ronaldo 2003-cü ildə debüt etdiyi Portuqaliya millisinin heyətində 234 oyun keçirib. Təcrübəli hücumçu bu görüşlərdə 146 qol vurub, 45 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Ronaldo milli komanda ilə 2016-cı ildə Avropa çempionu olub. O, 2019 və 2025-ci illərdə isə UEFA Millətlər Liqasının qalibi adını qazanıb./teleqraf


MANŞET XƏBƏRLƏRİ