BMT-nin Fövqəladə Hallar üzrə koordinatorunun müavini Məhəmməd Yəhya 2024-cü ilin dekabrından bəri 1,82 milyondan çox suriyalı qaçqının və 2,04 milyon məcburi köçkünün evlərinə qayıtdığını bildirib.
Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, bu qayıdışlar suriyalıların öz gələcəklərini formalaşdırmaq əzmini əks etdirir.
Yəhya BMT Təhlükəsizlik Şurasının “Yaxın Şərqdəki vəziyyət” mövzusunda keçirilən iclasında onlayn çıxış edib. O, BMT Baş katibinin müavini və fövqəladə yardım üzrə koordinatoru Tom Fletçerin adından danışıb.
Yəhya bildirib ki, 2025-ci ilin yanvarından etibarən Suriyada əhəmiyyətli irəliləyiş əlamətləri müşahidə olunur. Onun sözlərinə görə, getdikcə daha çox suriyalı evinə qayıdır, ölkədə yaşayan insanlar isə münaqişənin dağıtdığı həyatlarını yenidən qura biləcəklərinə inanmağa başlayırlar.
“2024-cü ilin dekabrından bəri 1,82 milyondan çox suriyalı qaçqın və 2,04 milyon məcburi köçkün öz bölgələrinə qayıdıb. Bu qayıdışlar suriyalıların öz gələcəklərini formalaşdırmaq əzmini əks etdirir”, – deyə Yəhya vurğulayıb.
Aytən Yaşar/Turkustan.az