AĞ HUN İMPERİYASI



Taleh Cəfərov
ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosenti,
tarix üzrə fəlsəfə doktoru

Eftalitlərin mənşəyi və dövlətin yaranması

III əsrin sonu - IV əsrin əv­vəl­lə­­­­­rində mərkəzləşmiş Quşan imperatorluğunun sü­qutundan sonra Mərkəzi Asi­­yanın si­­­­yasi mənzərəsi iri tayfa birliklərinin bir-biri ilə mübarizəsindən ibarət­dir. Yerli ha­kim­­­lər bu mübarizədən öz maraqları üçün ya­rar­lanmağa çalışır, türk tayfa bir­lik­lə­ri­nə ümid bəsləyirdilər. IV-V əsrlərdə Xarəz­min şimal-şərq hissəsin­də, Amudərya və Sır­­­dərya çaylarının hövzəsində “xionit” ya­xud “ağ hunlar” adla­nan tayfa birləşməsi ön plana çıxdı.

Araşdırmalara görə, era­mızın ilk əsrlərində bu­rada hunlarla qohum olan və şərq­dən gəlmiş xionitlər ya­şa­yırdılar. Xionitlər, əsasən, sak, massaget və hun­la­­rın kon­solidasiyası nəticəsində yaranmış və Aral gölü höv­zə­sində erkən inkişaf mər­­hələsi keçmiş iri hərbi tayfa ittifaqı hesab olu­nur­dular. Ya­zılı mənbələrdə ilk də­fə olaraq xion etnonimi IV əsrdə qeydə alın­mış­dır. Xi­onit­lər­lə eyni vaxtda si­yasi pro­ses­lə­rin mərkəzində iştirak edən kidarit tayfa ittifaqı da for­malaşmaqda idi. Əv­vəl­cə xi­onit, daha sonra kidarit tayfa birlikləri V əsrdən etiba­rən “eftalit” yaxud “ağ hun­­lar” adını mənimsədilər. Türkiyə tarixçisi R.Özdək V əsrdə hökmdar olan Ef­tal­dan sonra dövlətin “Eftalit dövləti” olaraq ta­nın­­mağa baş­ladığını yazır.

Əksər tədqiqatçıların fikrincə, Ağ hun dövlətinin əsası çar Eftal tərəfindən qo­yul­­duğundan bu etnosun sonrakı adı eftal, hep­tal, abdal kimi tələffüz edilmişdir. VI əsr Bi­zans tarixçisi Feo­fan eftalitlərin öz adını çar Ef­talın adından aldığını yaz­mış­­­­dır. Bi­zans müəllifləri A.Marsellin (IV əsr) və Pra­kopi (VI əsr) eftalitləri hun-ef­­­­­­ta­­lit­­lər adlandırmış və onların hunlardan ayrı ya­şa­dıqlarını, “uzun müddətdir gözəl bir ərazidə məskunlaşdıqlarını” və “hunlar arasında sadəcə onların ağ bədən və üz­lə­rinin olduğunu” qeyd etmişdilər. V əsr Bizans mü­­­­əl­lifi Feofilakt Si­­mokatta isə bu et­­nosun adı­nı abdel yaxud abdal kimi tələffüz et­miş­­­dir.

Fran­sız ar­xe­o­loqu R.Qirş­­man xi­onlara məx­sus pullar üzərində “Xion çarı Ef­tal” sö­­­zünü oxu­muş və bu tay­fa bir­­ləş­mə­sini haqlı ola­raq türk mənşəli xionlar ad­­lan­dır­mış­­­dır. Türkiyə ta­rix­çisi Fa­ruk Sümərə görə, ağ hunlar mənşəcə Altay dağ­larından çıx­mışdılar. Gö­rün­düyü ki­mi, ağ hunlara məxsus arxeoloji material və ya­zı­lı mən­bə­lər məhdud ol­du­ğundan on­la­rın mənşəyi ilə bağlı fikirlər hələ də mü­za­ki­rə predmeti ola­­raq qalır. Bəzi tədqi­qat­çılar ağ hunların yuetçilərin (kuşan) nəs­lin­dən olması fik­ri­ni müdafiə edərkən, di­­gərləri onların kidarit və pers mənşəli ol­du­ğu­nu iddia edir. Bu onu gös­tə­rir ki, ağ hun­­ların sikkələrindəki yazılar qədim pəh­lə­vi di­lin­dədir.

Bernştam ağ hunların Mərkəzi Asiyadan qərbə köçmüş hunlar olduğunu mü­da­­fiə edir. Bu fikir Qeysəriyyəli Prokopinin “Müharibələr tarixi” əsərində də təs­diq­lə­­­nir. Bernştam ağhunlarla bağlı fikrini izah edərkən Mərkəzi Asiyadan köçən hun­la­­rın iki qola ayrıldığını, bunlardan birinin xəzərləri təşkil edən hun-akatsir tay­fa­ları, di­­gərinin isə hun-kidarit tayfaları olduğunu iddia edir. Onun fikrincə, Şər­qi Asi­ya hun­­ları ilə Mərkəzi Asiya hunlarının birləşməsi nəticəsində ağ hunlar mey­da­na gəl­miş­­dir.

Ağ hunların mənşəyi ilə bağlı yekdil fikrin olmamasının səbəblərindən biri də on­­­­ların müxtəlif xalqların mənbələrində ayrı-ayrı adlarla çəkilməsidir. İslam qay­­­naq­­­­­larında ağ hunlar “habtal”, “haytal” kimi xatırlanarkən, hind mətnlərində “türk hya”, “huna” və ya “sveta huna” kimi qeyd olunur. Hun adı qədim pers mən­bə­­lə­rin­də­­­­­­­ki Pəhləvi və Avesta mətnlərində “xion”, “xyon” və ya “hiyon” kimi çə­ki­­lir. On­lar Pəh­­­­ləvi mətnlərində “xio”, “xyon”, “ağ və ya qırmızı hunlar” adlanır. Ək­­sər er­mə­­­ni ta­rix­­­çiləri ağ hunları “hun” adlandırmışlar. Bir çox tədqiqatçılar ilk ola­­raq He­rat ət­ra­­­fın­da meydana çıxan və Altay dağlarının cənub ətəklərinə, daha son­­ra isə Amu­­­dər­­ya ət­rafına gələrək Türküstanı öz yurdlarına çevirən bu siyasi qu­ru­­luşu hun­la­rın qa­­lığı he­sab edirlər.

Çin mən­­bə­si “Beyşi”də ef­ta­lit­lə­rin quşanlarla qohumluğu haq­qında mə­lu­mat­lar əksini tap­mışdır. Bu­rada abdalların yuetçilərdən törə­dik­lə­­ri və yüz min ala­çıq­dan iba­rət olduqlarına dair məlumatlara da rast gəlmək müm­kün­­dür. Həm­çinin “Bey­şi”də eftalit dilinin jujan, qaoqyuy və türk dillərindən qismən fərqlən­diyi, adət­lərinin tuq­yu adətləri ilə eynilik təşkil etdiyi vurğulanır.

VI əsrdə yaşamış Çin elçisi Sun Yunun eftalit sarayına səyahəti zamanı qey­də al­­­­dığı məlumatlar tarix elmi üçün çox qiymətlidir. Belə ki, Sun Yunun eftalit sa­ra­yı­­­­na səyahəti 3 il (517-520) müddətində davam etmişdir. Bu zaman o eftalitləri gör­­­­müş və onları təsvir etmişdir. Məlumatlara görə, elçi eftalitlərin Yeda (Çin mən­­­­bə­­lə­­­­­rin­də ağ hunlar yeda, idan, Xao və s. adları ilə verilir) adlanan ölkəsində ol­­­muş, on­­­ların çadırlarda yaşadığını, dəri paltar geydiklərini, budda qanunlarına inan­­­­ma­dıq­la­­­rını və 40-dan artıq ölkədən xərac aldıqlarını qələmə almışdır.

Eftalitlərə aid tapılmış pullar üzərində eftal hökmdarlarının başlarının de­for­ma­siya edilərək uzunsov formaya salındığını açıq-aydın görmək mümkündür. Təd­qi­qatçılara görə, başın kəllə sümüyünün süni surətdə deformasiya edilməsi hunlara məx­sus olsa da, sonradan quşanlar və sarmatlarda da geniş yayılmışdır. Bu kimi hallar sarmatların, quşanların və xionların irandilli olmadığını bir daha sübut edir.

Eftalitlər xarici düşmənlərə qarşı əvvəlcə quşanlarla birgə mübarizə apa­rır­dı­lar. Buna səbəb həmin dövrdə Quşan dövlətinin şərq ərazilərinin sasanilərin iş­ğal­çı­lıq planlarında yer alması idi. 357-ci ildə Sasani şahı II Şapur xionlarla danışıqla­ra gi­rərək onların quşanlarla ittifaqını pozmağa çalışdı. 358-ci ildə eftalitlər Sasani döv­lətinə hakimiyyəti möhkəmləndirmək məqsədilə yardımlar etdilər. Quşan döv­lə­ti­nin süqutundan son­ra II Şapur Amu­dərya çayının sol sahilindəki əraziləri Sasa­ni dövlətinə birləşdirdi. Xi­on­­lar daha təhlükəsiz ərazilərə (Sasani dövlətinin şimal sərhədlərinə) üz tutdular. Sa­sani işğalçılarına qarşı mübarizədə uğur qazanan quşan qa­lıqları çar Kidar tərəfindən ye­ni Quşan dövlətini yaratmağa müvəffəq oldular. Lakin xionitlərlə aparılan mü­ba­ri­zədə məğlub olan “Kidar hunları” Şimali Hindis­ta­na qaçdılar. Bundan sonra xi­o­nit­lər Sasanilərin ali hakimiyyətini tanıdılar. II Şa­pur xionlarla birgə Bizansa qarşı hər­bi səfərdə iştirak etmək niyyətində idi. 359-cu ildə Bizansa qarşı Sasanilərin müt­tə­fiqi kimi hərbi səfərə çıxan xion çarının oğlu Amid şəhərinin mühasirəsi zamanı öl­dü­­rüldü və yürüş nəticəsiz başa çatdı. Burada ağ hunların məqsədi keçid yerlərindən zəngin qənimətlər əldə etmək idi.

Eftalit-Sasani və Eftalit-Türk müharibələri

V əsrdə Eftalit hə­rə­ka­tı­nın güc­­­lənməsi Mərkəzi Asiyanın Sasanilər tə­rə­fin­dən işğalçılıq planlarını bir qə­dər ar­xa plana keçirmiş oldu. Bu ərazilərə eftalit axın­larının güclənməsi nəticəsin­də qu­şan­­­lar cənuba çəkilməyə başladılar. Be­lə­lik­lə, Bəlx və ətrafı VIII əsrə qədər ağ hun­la­­­­rın mühüm mərkəzlərindən birinə çev­ril­di. Bu zaman Bəlxdə 50-60 min nəfər əha­li­­nin olduğu təxmin edilir. Ağ hunlara məx­sus yaşayış məntəqələrini qeyd edərkən, Bə­­dəxşandan qərbdə Vakş və Hi­ma­ta­la­nı qeyd etmək lazımdır. Xüsusən də Çin səy­ya­hı Sunq Yun buradan keçsə də, sə­nəd­lərində bu şəhərin adını çəkmir, la­kin ağ hun xa­nı ilə söhbət etdiyi yerin, eh­ti­mal ki, Hi­ma­ta­la olduğunu qeyd edir.

Təd­qi­qat­çı­lara görə, eftalitlərın 420-425-ci illərdə Mərkəzi Asiyaya növbəti küt­­­­ləvi axınları baş ver­miş və 427-ci ildə Sa­sa­ni şahları ilə toqquşmaları qeydə alın­­­mış­­­dır. Ərəb tarixçisi Təbəri bu faktı təsdiq edə­rək 420-ci ildə ef­tal­la­­­rın şimal-şərqdən Sa­sa­ni ərazilərinə kütləvi axınını təs­diq­lə­yir. Sasani şahı V Bəh­­ram Gurun (421-439) 420-ci ildə Eftalit dövlətinin ərazisinə hərbi yürüşü uğur­la nə­ti­­­cələndi. Elə həmin ildə Mərv şəhəri yaxınlığında Kuş Meyxan adlı yerdə baş ve­rən dö­­­yüşdə Sasani şahı V Varaxran tərəfindən ağ hun hökmdarı öldürülmüş, xanımı əsir alı­na-raq Azərbaycanın Gəncə şəhərində yerləşən od məbədinə xidmətçi olaraq gön­­­­dəril­miş, xaqanın tacı isə məbəddə bəzək əşyası kimi nümayiş etdirilmişdir. Nə­ti­cədə ef­talit xəzinəsi sasanilərin əlinə keçmiş, Ceyhun çayı hər iki dövlət arasında sər­həd xət­tinə çevrilmişdir.

Eftalit dövlətinin yaranma tarixi ilə bağlı əlimizdə dəqiq məlumatlar yoxdur. La­­­kin Fa­zil Qaraoğlu 425-ci ildə Qərbi Türküstan ərazisində paytaxtı Bəlx şə­həri olan Ef­­talitlər dövlətinin yarandığını qeyd edir. Ardından, ef­ta­litlərin 427-ci il­də Xo­­­ra­sana I yürüşü baş verdi. Eftalitlərə qarşı Sasanı şahı V Varaxran (418-438) və II Yez­­də­gir­­din (438-457) qoşunları eftalitlərə qarşı döyüşürdülər. II Yezdəgird ar­tan ef­talit hü­cumlarının qarşısını almağa çalışır, hətta Xo­ra­san­­­da və Toxarıstanda Sa­sani döv­­lə­tinin mövqeyini qorumağa müvəffəq olurdu. Şah 442-ci ildə Xəzər də-ni­zinin qərb sa­hilində Çul şəhərində oturan xion çarının üzərinə hər­­­bi yürüş etmiş və əm­lak­larını qa­rət etmişdir. Onun 453/54-cü ildə oraya ikinci hər­­­bi səfəri isə xi­on­­ların par­laq qə­ləbəsi ilə başa çatdı. Eftalitlər Səmərqənd, Buxara və Bəlx ətrafını ələ ke­çir­dilər. Bu hadisədən sonra eftalitlər haqqında daha dərin mə­lu­mat­la­ra rast gəl­­mək müm­kündür.

II Yezdəgirdin 457-ci ildə ölü­­­mündən sonra Ağ hun çarı Akşunvarın (Ağ­su­var) başçılığı ilə Caqanianı, Bədəxşanı, Çaçı, Bəl­­­xi, Toxarıstanı və Qarcistanı zəbt et­­dilər. Sa­sa­ni­lər şimal sərhədlərinin mü­hafi­­­zəsini təşkil etmək məqsədilə erməni və gür­­cü­lər­dən ibarət gözətçi dəstələr ya­rat­dı­­­lar. Bu dövrdə artıq Eftalit dövlətinin struk­turu, de­mək olar ki, tamamilə for­ma­laş­­­mışdı. Bu zaman Eftalit dövlətinin sər­həd­ləri Xə­zər də­ni­zin­dən başlayaraq Amu­dər­­yadan şərqdə yerləşən və Əfqanısta­nın bə­zi əya­lət­lərini əhatə edirdi. Erol Güngör 450-ci il­də ağ hun­lar­da hökm­dar də­yi­şik­­liyi nəticəsində dövlətin rəsmən Eftalit adlanma­ğa baş­lan­­dı­ğı­nı qeyd edir. Qəfəsoğlu isə V əsrin I ya­rısında Sasanilərlə mübarizə apa­ran Ağ hun hökm­­­­darının xa­­­qan, Əfqanıstan böl­gə­sindəki ağ hun vəliəhdinin isə ti­gin ün­vanını da­şıdığını qeyd edir...

(ardı var)


MANŞET XƏBƏRLƏRİ