Alman nazirindən xəbərdarlıq: “Ölkəmizə qarşı gizli müharibə aparılır”


Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt sabotaj, casusluq, dezinformasiya və kiberhücumlar vasitəsilə ölkəyə qarşı “gizli müharibə” aparıldığını bildirib.

Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, bu fəaliyyətlərin məqsədi Almaniyada siyasi və sosial sabitliyi pozmaqdır.

Dobrindt Berlində Konstitusiyanın Mühafizəsi üzrə Federal İdarənin (BfV) təşkil etdiyi simpoziumda çıxışı zamanı Almaniyanın Soyuq müharibə dövrü ilə müqayisədə daha əhatəli təhlükələrlə üzləşdiyini deyib.

Nazir qeyd edib ki, Soyuq müharibə dövründə müəyyən sərhədlər mövcud olsa da, bu gün həmin sərhədlər bulanıqlaşıb. Onun fikrincə, “gizli müharibə”nin məqsədi Almaniyanı hərbi cəhətdən məğlub etmək deyil, ölkəni siyasi və sosial baxımdan tabe vəziyyətə salmaqdır.

“Bu gizli müharibənin açıq məqsədi bizi qeyri-sabit vəziyyətə salmaq, nəticədə isə bizi qeyri-sabit etməkdir”, – deyə Dobrindt bildirib.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ