Pakistanın Bəlucistan əyalətində Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində iki pilot həlak olub.
Turkustan.az xəbər verir ki, Pakistan Hərbi Hava Qüvvələrinə məxsus PAC MFI-17 “Mushshak” təlim təyyarəsi texniki nasazlıq səbəbindən Kvettada qəzaya uğrayıb.
Açıqlamada təyyarədə olan hər iki pilotun qəza nəticəsində həyatını itirdiyi bildirilib.
Pakistan Prezidenti Asif Əli Zərdari, Baş nazir Şahbaz Şərif və daxili işlər naziri Möhsün Nəqvi hadisə ilə bağlı yayımladıqları açıqlamalarda həlak olan pilotların ölümündən kədərləndiklərini bildiriblər.
Aytən Yaşar/ Turkustan.az