Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların əhatəsini genişləndirərək siyahıya təxminən 1600 şəxs və qurum əlavə edib.
Turkustan.az xəbər verir ki, bu, Ukraynada müharibə başlayandan bəri sanksiya siyahısının bir qərar çərçivəsində ən geniş genişləndirilməsi kimi təqdim olunur.
Aİ-yə üzv dövlətlərin xarici işlər nazirləri Lüksemburqda keçirilən Xarici İşlər Şurasının iclasında yeni sanksiyaları təsdiqləyiblər.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas bildirib ki, siyahıya əsasən Rusiyanın müdafiə sənayesi ilə əlaqəli 826 şirkət və 743 şəxs daxil edilib.
“AB xarici işlər nazirləri Rusiyanın hərbi-sənaye kompleksini hədəf alan təxminən 1600 yeni şəxs və qurumu sanksiya siyahısına əlavə ediblər. Bu, Rusiyanın müharibəyə başlamasından bəri sanksiya siyahımızın ən böyük tək qərarla genişləndirilməsidir”, – Kallas qeyd edib.
O əlavə edib ki, sanksiyaya məruz qalanların yarıdan çoxu ballistik raketlərin istehsalı ilə əlaqəlidir.
Aytən Yaşar/ Turkustan.az