Pakistan Məkkə Birgə Müdafiə Sazişi ilə bağlı açıqlama yaydı


Pakistan Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına husilərin hücumu nəticəsində altı Pakistan vətəndaşının yaralandığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar ölkəsinin Məkkə Kollektiv Müdafiə Müqaviləsinə sadiq olduğunu bir daha vurğulayıb.

Dar ABŞ-da yerləşən “X” sosial şəbəkəsindəki paylaşımında Ər-Riyad hava limanına hücumu qətiyyətlə pisləyib.

Nazir hücum zamanı yaralanan altı Pakistan vətəndaşı da daxil olmaqla, bütün zərərçəkənlərə tezliklə sağalmalarını arzulayıb.

O bildirib ki, mülki şəxslərin və mülki infrastrukturun hədəf alınması qəbuledilməzdir, beynəlxalq hüququ pozur və regional sülh və təhlükəsizliyə ciddi təhdid yaradır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ