Vahid məktəbli formasına qarşı çıxışların sifarişi SEPAH-dan gəlib – FOTOFAKT


İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) hicab mövzusunu manipulyasiya edərək Azərbaycana qarşı təbliğat kampaniyasına başlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə SEPAH-a bağlı “SEPAH Pasdaran” teleqram kanalında paylaşım edilib.

Paylaşımda guya Azərbaycanda hicab qadağan olunduğu və buna qarşı etirazların artdığı iddia edilir.

Üstəlik, ölkəmizdə SEPAH-a bağlı şəxslərin pul əskinaslarının üzərinə “Hicaba azadlıq!” şüarı yazdıqları, müxtəlif yerlərə bu şüarla divar kağızları yapışdırdıqları, onların şəklini çəkərək SEPAH-a göndərdikləri bildirilib.

Göründüyü kimi, SEPAH bu görüntülərdən Azərbaycan əleyhinə təbliğat aparmaq üçün istifadə edir. Məqsəd hicab məsələsindən istifadə edərək Azərbaycanın daxili işlərinə müdaxilə etmək və ölkəmizdə ictimai rəyi manipulyasiya etməkdir.


/Bizim.Media


MANŞET XƏBƏRLƏRİ