Kreml vəba ilə bağlı açıqlama yaydı


Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın İrkutsk vilayətində epidemioloji vəziyyətlə bağlı mediada yayılan məlumatların əksəriyyətinin yalan olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Peskov Moskvada jurnalistlərin gündəmdəki məsələlərlə bağlı suallarını cavablandırarkən yalnız Rusiya İnsan Sağlamlığı və İstehlakçı Hüquqlarının Müdafiəsi Federal Xidmətinin (Rospotrebnadzor) rəsmi açıqlamalarına istinad edilməsinin vacibliyini vurğulayıb.

Sibir və Uzaq Şərqdəki İrkutsk Taunla Mübarizə İnstitutunda ikinci bir əməkdaşın naməlum səbəbdən pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi barədə xəbərlərlə bağlı suala Peskov belə cavab verib:

“Mətbuat çox yazır və mətbuatda bu vəziyyətlə bağlı verilən məlumatların çoxu yalan məlumatdır. Rospotrebnadzor və onun nümayəndələrinin açıqlamalarını nəzərə alın”.

Peskov bununla bağlı rəsmi qurumların açıqlamalarına üstünlük verilməli olduğunu qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ