Xəbər verdiyimiz kimi məşhur Sovet psixoterapevti Anatoli Kaşpirovski vəfat edib.
Turkustan.az RİA Novosti-yə istinadən xəbər verir ki, o, sağikən ölümündən sonra meyitinin kremasiya olunmasını istəyibmiş. Mərhumun qardaşı oğlu Yuri Mamayev nəşrə açıqlamasında deyib ki, buna baxmayaraq hazırda ənənəvi dəfn mərasimini keçirməyi düşünürlər.
"Anatoli Mixayloviç arzularını şəxsən mənə bildirmişdi. O, təkcə mənə yox, oğlu Sergeyə də danışıb. Kaşpirovski bunu çoxdan bildirib. Üstəlik, onun konkret arzusu cəsədinin yandırılması, kremasiya olunması idi", - Mamayev deyib.
O bildirib ki, Kaşpirovskinin həyatının son illərində məşhurun vəziyyəti ilə bağlı yalan məlumatlar da yayılıb.
Məşhurun qardaşı oğlu psixoterapevtin mədə xərçəngi səbəbindən yaranan çoxsaylı orqan çatışmazlığından öldüyünü açıqlayıb.
Xatırladaq ki, Kaşpirovski 3 oktyabrda 87 yaşında vəfat edib./publika.az