Türkiyə Futbol Federasiyası Mərkəzi Hakim Komitəsinin sədri saxlanıldı


Türkiyə Futbol Federasiyası Mərkəzi Hakim Komitəsinin sədri Ferhat Gündoğdu saxlanılıb.

Turkustan.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, mobbinq və rəsmi sənədlərin saxtalaşdırılmasında ittiham olunur.

Onunla yanaşı, Mərkəzi Hakim Komitəsinin yeddi üzvünün də eyni itttihamlarla saxlanıldığı bildirilir.

Məlumata görə, onların həbsi İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaqla bağlıdır./APA


MANŞET XƏBƏRLƏRİ